Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
18.10.2024
Oktyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 qumbara, 2 tüfəng, 1 patron darağı və 5 ədəd patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 3,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 18-də ümumi çəkisi 3,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 1 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Oğurluq əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı N.Gülümcanov saxlanılıb
Nərimanov rayonunda yerləşən 2 mağazadan ümumilikdə 4500 manatlıq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 23 yaşlı N.Gülümcanov saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Abşeronda işə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan bir nəfəri işə düzətmək adı altında etibarından sui-istifadə edərək 36000 manatını dələduzluq yolu ilə ələ keçirən 58 yaşlı E.Qasımov saxlanılıb.Araşdırma aparılır.
Yabanı halda bitmiş 4,1 ton çəkidə 8000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bayan kəndi ərazisində yabanı halda bitmiş 4,1 ton çəkidə 8000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
Oktyabrın 18-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 qumbara, 2 tüfəng, 1 patron darağı və 5 ədəd patron aşkar edərək götürüblər.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.