Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
23.10.2024
Oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis Nərimanov və Binəqədidə bank kartından oğurluq edənləri müəyyən edərək saxlayıb
Bakı şəhər sakini olan bir nəfərin bank kartından oğurluq edilməsi barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla 4691 manat vəsaitin həmin şəxsin mobil telefonunda olan tətbiq vasitəsilə oğurlanması məlum olub. Oğurluq əməlində şübhəli bilinən 18 yaşlı N.Aslanov müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılıb.Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin içərisində pulu, sənədi və bank kartı olan pulqabısını, sonradan həmin bank kartı ilə alış-veriş edərək vəsaitini oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Ramazanov müəyyən olunaraq saxlanılıb.Hər iki faktla bağlı araşdırmalar aparılır.
Paytaxtın Yasamal və Nizami rayonlarında tikintilərdən oğurluq edənlər saxlanılıb
Yasamal rayonu ərazisində yerləşən tikinti ərazisindən şirkətə məxsus kabellərin oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən orada işləyən A.İmanov, B.İmanov və N.Ağayev saxlanılıb. Nizami rayonu ərazisində yerləşən bir tikintidən isə 2500 manat dəyərində dəmir dirəklər oğurlamaqda şübhəli bilinən K.Dəlləkov, S.Əhmədov və H.Məmmədov 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən R.Mirzəyev saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən 500 manat pul oğurlamaqda şübhəli bilinən 25 yaşlı R.Mirzəyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 6 tüfəng, 1 qumbara, 3 patron darağı və 68 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Kamran Rüstəmov saxlanılıb. Onun üzərindən külli miqdarda tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və narkotik vasitələrin satışında istifadə olunan elektron tərəzi aşkar edilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotiklərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
22.10.2024
Oktyabrın 22-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.