Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışda olan 1 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
18.10.2024
Oktyabrın 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 1 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
17.10.2024
Oktyabrın 17-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhəri ərazisində bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən Ö.Əsədov saxlanılıb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində bir nəfərin pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən 37 yaşlı Ö.Əsədov müəyyən olunaraq saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Mağazalardan oğurluq edənlər saxlanıldı
Paytaxtın Nizami rayonu ərazisində yerləşən bir mağazadan 700 manat, digər obyektdən isə 4050 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumatlar daxil olub. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin məkanlara müştəri kimi daxil olub daha sonra oğurluq əməlləri törətməkdə şübhəli bilinən 43 yaşlı A.Hüseynov və əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı M.Əlizadə müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
Abşeron rayonunda avtomobil nömrələri oğurlayan şəxs saxlanılıb
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildən sənəd və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını oğurlayan əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı G.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.Həyata keçirilən digər tədbirlər zamanı isə Xırdalan şəhərində velosipedlər və mənzillərdən geyim əşyaları oğurlayan 20 yaşlı A.Əsədov, eləcə də narkotik cinayətlərinə görə əvvəllər məhkum olunmuş 47 yaşlı R.Paşayev saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.
Vətəndaşları aldadan dələduzlar saxlanıldı
Ötən gün Sumqayıt şəhəri, Abşeron və Nəsimi rayonlarında həyata keçirilən tədbirlər zamanı müxtəlif şəxslərə qarşı dələduzluq edən 4 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Sumqayıtda bir nəfərin 370, Abşeronda 4 vətəndaşın ümumilikdə 570, Nəsimi rayonunda isə 1 şəxsin 1900 manatını dələduzluq yolu ilə ələ keçirən 57 yaşlı E.Nəcəfov, əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş 37 yaşlı Y.Əhmədov, 40 yaşlı X.Nəbiyeva və 31 yaşlı A.İsmayılova müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 7 tüfəng və 4 ədəd patron aşkar edərək götürüblər.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.