Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonu ərazisində şübhəli şəxs qismində saxlanılan R.Qasımovdan metamfetamin götürülüb
27.10.2024
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 1983-cü il təvəllüdlü R.Qasımov şübhəli şəxs qismində saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun müxtəlif vaxtlarda rayon ərazisində “Chevrolet” və “Opel” markalı iki avtomobildən ümumilikdə 2500 manat, 200 ABŞ dolları, bank kartları və sürücülük vəsiqəsi, 3 evdən isə 1000 manat pul, noutbuk, 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində yerləşən iaşə obyektlərinin birində 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən K.Rüstəmov saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən iaşə obyektlərinin birində 3 nəfərin mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı K.Rüstəmov saxlanılıb.Onun 67 yaşlı bir qadının mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməsi də müəyyən olunub. Faktlarla bağlı araşdırma aparılır.
Binəqədi rayonu ərazisində bir qadının çantasını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 25-də rayon ərazisində bir qadının içərisində pulu, bank kartları, mobil telefon və qızıl boyunbağısı olan çantasını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzində bir mağazadan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzində bir mağazadan oğurluq olub. Polisə müraciət edən zərərçəkmiş işlədiyi piştaxtadan 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 53 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Oktyabrın 26-da Qaradağ rayonu ərazisində keçirilən növbəti tədbir zamanı Salyan şossesində yerləşən bir müəssisənin fəaliyyəti zamanı atmosferə atılan zərərli qazın normadan artıq olması aşkar olunub. Həmin müəssisə barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.Abşeron rayonu ərazisində keçirilən tədbir zamanı isə Qobu qəsəbəsi ərazisində yerləşən bir mağaza tərəfindən tutumların (urnaların) yerləşdirilməsi zamanı müəyyən edilmiş məsafənin nəzərə alınmadığı müəyyən edildiyindən həmin mağazanın vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.Bu istiqamətdə tədbirlər davam etdirlir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 26-da və 27–də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 qumbara, 1 alışdırıcı, 4 tüfəng və 16 patron darağı aşkar edərək götürüblər.
Ümumi çəkisi 57 kiloqramdan artıq narkotik vasitə, 490 ədəd metadon həbi və 51 ədəd çətənə kolu götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 26-da və 27-də ümumi çəkisi 57 kiloqramdan artıq narkotik vasitə, həmçinin 490 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 51 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 26-da və 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 26-da və 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması təmin olunub
26.10.2024
Oktyabrın 26-da ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.