Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
30.10.2024
Polis əməkdaşlarının oktyabrın 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
29.10.2024
Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis Nəsimi, Abşeron və Suraxanı rayonlarında dələduzluqda şübhəli bilinən 4 nəfəri saxlayıb
Nəsimi rayonu ərazisində iki nəfər üzləşdiyi dələduzluqla bağlı polisə müraciət edib. Onlardan biri onu aldadadan şəxsin hesabına 18400, digəri isə 100 manat ödətdirdiyini bildirib. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərində şübhəli bilinən 26 yaşlı S.Əsədzadə və 27 yaşlı K.Bayramov müəyyən olunaraq saxlanılıblar. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhərində bir nəfəri aldadaraq hesabına 80 manat ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı İ.Mirzəyev saxlanılıb. Suraxanı rayonunda isə bir qadının mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 40 yaşlı E.Bərxudarov müəyyən olunaraq 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən H.Soltanov saxlanılıb
Oktyabrın 28-də Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən bank kartları və maqnitofon oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 51 yaşlı H.Soltanov saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində bir yeniyetməyə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən L.Xudaverdiyeva saxlanılıb
Yasamal rayonu ərazisində bir yeniyetməyə zor tətbiq edən qadının onun 50 manatını talaması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı L.Xudaverdiyeva müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Ekoloji təhlükəsizlik və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumu ilə birgə ekoloji təhlükəsizlik və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Qaradağ rayonu ərazisində keçirilən növbəti tədbir zamanı Puta qəsəbəsində fəaliyyət göstərən daş karxanasında sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsinə, həmçinin sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 4 qumbara, 7 alışdırıcı, 5 tüfəng, 3 patron darağı və 65 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 11,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 29-da ümumi çəkisi 11,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.