Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Xətai rayonunda narkokuryerlik edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirib

13.12.2024

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı İlkin Dadaşov, Natiq Yusifov, Ruslan İsmayılov, Vüqar Əliyev, Qaryağdı Ruşanov və Elşən Muradov saxlanılıblar. Onlardan ümumilikdə 23  kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Bakı şəhərində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 7 şəxs saxlanılaraq istintaqa təqdim edilib. 
Faktlarla bağlı cinayət işləri başlanılıb. 
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=PrPcpDJbwG0

 

13.12.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub 13.12.2024
  • Bakı şəhər sakinindən hədə-qorxu gələrək 10000 manat tələb etməkdə şübhəli bilinən C.Hacıyev saxlanılıb 13.12.2024
  • Metroda bir qadının çantasından pulqabısını oğurlamaqda şübhəli bilinən A.Fərzəliyev saxlanılıb 13.12.2024
  • Bakı şəhər sakini olan 3 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən V.Səfərov və İ.Musayev saxlanılıblar 13.12.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 13.12.2024
  • Ümumi çəkisi 2,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 13.12.2024
  • Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib 13.12.2024
  • İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 13.12.2024
  • Polis Xətai rayonunda narkokuryerlik edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirib 13.12.2024