Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
29.10.2024
Oktyabrın 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
28.10.2024
Oktyabrın 28-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu rayonunun Nardaran qəsəbəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən H.Hüseynzadə saxlanılıb
Sabunçu rayonunun Nardaran qəsəbəsində 3 evdən oğurluq edilməsi barədə polisə məlumatlar daxil olub. Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin evlərdən pul, ümumilikdə 3400 manat dəyərində geyim və məişət əşyaları, velosiped və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib. Keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 41 yaşlı H.Hüseynzadə polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayon sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən M.Əzizli və bir qadın saxlanılıb
Abşeron rayon sakini olan bir nəfərin bank kartından 1050 manat vəsaitinin oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 23 yaşlı M.Əzizli və əvvəllər məhkum olunmuş 65 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bir nəfərin 888 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən S.Səmədov saxlanılıb
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 888 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 22 yaşlı S.Səmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobilin alın şüşəsini oğurlamaqda şübhəli bilinən M.Rüstəmov saxlanılıb
Oktyabrın 28-nə keçən gecə Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobilin alın şüşəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı M.Rüstəmov saxlanılıb.Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 10 qumbara, 51 alışdırıcı, 6 tüfəng və 32 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
27.10.2024
Oktyabrın 27-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.