Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən geyim əşyalarını oğurlamaqda şübhəli bilinən H.Soltanov saxlanılıb
01.11.2024
Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən 200 manat dəyərində geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Soltanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində bir avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Ö.İsgəndərov saxlanılıb
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ö.İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhəri ərazisində bir nəfəri aldadaraq 4045 manatını almaqda şübhəli bilinən S.Ağayev saxlanılıb
Sumqayıt şəhəri ərazisində bir nəfərin onu aldadaraq 4045 manatının alınması barədə polisə məlumat verib. Sumqayıt şəhəri 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş S.Ağayev müəyyən olunaraq saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Kirayə qaldığı evdən məişət əşyalarını oğurlamaqda şübhəli bilinən M.Əsgərzadə saxlanılıb
Abşeron rayon sakini polisə ərizə ilə müraciət edərək kirayə verdiyi evdə yaşayan şəxsin həmin evdən 2000 manat dəyərində məişət əşyalarının oğurlanmasını bildirib. Daxil olmuş müraciət əsasında araşdırma aparan Abşeron Rayon Polis İdarəsi əməkdaşları oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əsgərzadəni müyyən edərək saxlayıblar. Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 9 tüfəng, 3 patron darağı və 786 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 3,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 1-də ümumi çəkisi 3,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
31.10.2024
Oktyabrın 31-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonu ərazisində bir nəfərin itirdiyi bank kartından pul oğurlamaqda şübhəli bilinən E.Rəcəbov saxlanılıb
Nəsimi rayonu ərazisində bir nəfərin itirdiyi bank kartından pul oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Rəcəbov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 14 tüfəng, 2 patron darağı və 32 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.