Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Sumqayıt şəhərində və paytaxtın Nəsimi, Yasamal, Nərimanov rayonlarında bank kartlarından oğurluq edən şəxsləri müəyyən edərək saxlaylıb

17.12.2024

Sumqayıt şəhərində bir qadının bank kartından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 28 yaşlı O.Qasımov müəyyən olunaraq saxlanılıb. 
Polis əməkdaşlarının daxil olan məlumatlar üzrə keçirdikləri tədbirlərlə Nəsimi rayonunda bir nəfərin bank kartından 900 manatını oğurlamaqda şübhəli bilinən 27 yaşlı T.Telmanzadə, Nərimanov rayonunda bir nəfərin bank kartından 1000 manatını oğurlamaqda şübhəli bilinən 32 yaşlı A.Şirinova, Yasamal rayonunda isə bir nəfərin bank kartından 188 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı F.Yaqubov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır. 

17.12.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub 17.12.2024
  • Polis Sumqayıt şəhərində və paytaxtın Nəsimi, Yasamal, Nərimanov rayonlarında bank kartlarından oğurluq edən şəxsləri müəyyən edərək saxlaylıb 17.12.2024
  • Səbail rayonu ərazisində bir nəfəri aldadaraq öz hesabına 250 manat ödətdirməkdə şübhəli bilinən A.Ağayeva saxlanılıb 17.12.2024
  • Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən M.Kərimov və M.Qurbanzadə saxlanılıblar 17.12.2024
  • Suraxanı rayonu ərazisində yerləşən 3 mağazadan müxtəlif vaxtlarda ümumilikdə 1500 manat məbləğində oğurluq etməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb 17.12.2024
  • İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 17.12.2024
  • Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib 17.12.2024
  • Ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 304 ədəd metadon həbi götürülüb 17.12.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 17.12.2024