Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 17,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
03.11.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 2-də və 3-də ümumi çəkisi 17,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 2-də və 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 2-də və 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
02.11.2024
Noyabrın 2-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonu ərazisində yerləşən avtomobil təmiri sexindən “Kia” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Məlikov saxlanılıb
Yasamal rayonu ərazisində yerləşən avtomobil təmiri sexindən “Kia” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı A.Məlikov müəyyən olunaraq avtomobillə saxlanılıb.Araşdırma aparılır.
Paytaxtın Yasamal rayonu ərazisində “Daewoo” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən R.İsgəndərli saxlanılıb
Paytaxtın Yasamal rayonu ərazisində “Daewoo” markalı avtomobilin hər iki dövlət qeydiyyat nişanının oğurlanması barədə polisə məlumat daxil olub.Keçirilən tədbirlərlə oğurlanmış qeydiyyat nişanları noyabrın 3-də Nizami rayonu ərazisində R.İsgəndərliyə məxsus “Range Rover” markalı avtomobilin üzərində aşkar edilib və o, 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Bir qadının “Toyota” markalı avtomobilindən kompüter oğurlamaqda şübhəli bilinən R.Quliyev və V.Əskərov saxlanılıblar
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının “Toyota” markalı avtomobilindən 5000 manat dəyərində kompüter oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı R.Quliyev və 38 yaşlı V.Əskərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
01.11.2024
Noyabrın 1-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi qəsəbəsi ərazisində sərnişinə məxsus pul kisəsini oğurlamaqda şübhəli bilinən taksi sürücüsü E.Səfərov saxlanılıb
Noyabrın 1-də gecə saat 02 radələrində Binəqədi qəsəbəsi ərazisində taksi sürücüsü tərəfindən sərnişinə məxsus içərisində 684 manat, 200 dollar, bank kartı və mobil telefon olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Səfərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nərimanov rayonu ərazisindəki mağazada satıcının gödəkcəsindən 200 dollar və bank kartlarını oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb
Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən mağazada satıcı işləyən şəxsin gödəkcəsindən 200 dollar və bank kartları oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.