Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edildi 

18.12.2024

Dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127298 manat pulu talayaraq qaçıblar. 
Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vasaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər — 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar. 
Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar. 
Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. 
İstintaq tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=LpBSM0X9tL4

 

18.12.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub 18.12.2024
  • Pirşağı qəsəbəsində yaşayan şəxsin 9300 manat dəyərində 31 baş qoyununu oğurlamaqda şübhəli bilinən C.Hacıyev saxlanılıb 18.12.2024
  • Bakı şəhər sakininin 60.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən E.Haqverdiyev saxlanılıb 18.12.2024
  • Səbail rayonu ərazisində yerləşən xəstəxanada bir qadının çantasından pulqabısını oğurlamaqda şübhəli bilinən F.Tağıyev saxlanılıb 18.12.2024
  • Yasamal və Suraxanı rayonlarında marşrut avtobuslarında pul və mobil telefon oğurlamaqda şübhəli bilinən E.Hümmətov və R.Qənizadə saxlanılıblar 18.12.2024
  • İtkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 18.12.2024
  • Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib 18.12.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 18.12.2024
  • Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edildi  18.12.2024