Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonunda xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edilən 6 nəfər saxlanılıb
10.02.2022
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Rafət Əliyev və Lətif İmanov, həmçinin onların narkokuryerliyə cəlb etdikləri daha 4 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər. Bu şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın heroin, metamfetamin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri bank kartları və elektron tərəzilər aşkar edilib. Saxlanılan şəxslər ifadələrində xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.Faktlarla bağlı Nəsimi Rayon Polsi İdarəsini İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Binəqədi, Qaradağ və Yasamal rayonlarında 7 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin solunundan oğurluqlar edən şəxs saxlanılıb
Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xocəsən və Sulutəpə qəsəbələri ərazisində avtomobillərin şüşələrini qıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən Salyan rayon sakini Tərlan Abdullayev tutulub. Ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonunda 5, Qaradağ və Yasamal rayonlarında isə əlavə 2 avtomobildən pul, telefon, maqnitafon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib. T.Abdullayev saxlanılan zaman üzərindən narkotik vasitə olan heroin də aşkar edilib. Saxlanılan şəxs barəsində 40-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. T.Abdullayevin digər cinayətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır
09.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 9-da polis əməkdaşları tərəfindən respublika ərazisində 24 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhərində və respublika ərazisində 78 toy şənliyinin monitorinqini həyata keçirib
Fevralın 9-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 78 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 77 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib; - 26 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Quldurluq etməkdə şübhəli bilinən Salyan rayonunun Arbatan kənd sakini Ş.Ağamalıyev saxlanılmışdır
Salyan Rayon Polis Şöbəsinə fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxsin oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək 2000 manat pul tələb etməsi və ona xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. A.Cəfərov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılmışdır. Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirmişdir.Dərhal polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sumqayıt şəhər sakini Nazim Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən M.Həsənov saxlanılaraq istintaqa təhvil verilmişdir
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə fevralın 9-da saat 10 radələrində 18-ci mikrorayon ev 1-in qarşısında orada yaşayan, əvvəllər məhkum olunmuş 45 yaşlı Nazim Məmmədovun üzərində bıçaq xəsarətləri olan meyitinin tapılması barədə məlumat daxil olmuşdur. Dərhal şəhərin polis və prokrorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılaraq istintaqa təhvil verilmişdir.
Ov tüfəngindən açdığı atəşlə arvadı Elnarəni qətlə, qonşusu İ.Qarayevə isə xəsarət yetirməkdə şübhəli bilinən Yevlax rayonunun Hacıselli kəndində yaşayan M.Qarayev saxlanılmışdır
Yevlax Rayon Polis Şöbəsinə fevralın 9-da saat 6 radələrində Hacıselli kəndində yaşayan əvvəllər məhkum olunmuş M.Qarayevin evində münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə arvadı Elnarəni qətlə yetirməsi, qonşusu İ.Qarayevə isə xəsarət yetirərək hadisə yerini tərk etməsi barədə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokrorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. İ.Qarayev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən M.Qarayev saxlanılaraq istintaqa təhvil verilmişdir.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci və 29,120.2.7-ci maddələri ilə cinayət işi başlanmışdır.
Sumqayıt şəhərindəki çeşidləmə stansiyası ərazisindən oğurluq etməyə cəhd göstərən şəxslər saxlanılmışlar
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyası ərazisindən istismar müddəti başa çatmış 9 ədəd vaqonun xarici və 10 ədəd daxili yayını, 15 ədəd vaqon asılqanını və 3 ədəd avtomobil qoşqusunu S.Berdiyevə məxsus “QAZel” markalı avtomobillə oğurlamağa cəhd göstərən Biləcəri Lokomotiv Deposunun maşinist köməkçisi, Bakı şəhər sakini E.Əmiraslanov, maşinisti, İsmayıllı rayon sakini A.Süleymanov və vaqon tərtibatçısı, Şabran rayon sakini E.Qəniyev saxlanılmışlar.Araşdırma aparılır.