Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhərində və respublika ərazisində 683 toy şənliyinin monitorinqini həyata keçirib
16.01.2022
15-16 yanvar tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 683 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 675 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib; - 152 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də və 16-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 13 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Yanvarın 15-də və 16-da polis əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
İsa Əbdüləzimovu qətlə yetirməkdə şübhəli bilinən tanışı Şəmşad Əhmədov saxlanılmışdır
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə yanvarın 17-də saat 1 radələrində Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Araşdırmalarla tanışı Şəmşad Əhmədovun münaqişə zəminində bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.İsgəndərov müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır
Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə yanvarın 13-də H.Z.Tağıyev qəsəbəsi ərazisindən qəsəbə sakini K.Malıyevə məxsus “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.İsgəndərov müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır. Sumqayıt ŞPİ-də araşdırma aparılır.
100 manatlıq saxta əskinas vermiş Bakı şəhər sakini Q.Zeniyev saxlanılmışdır
Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın 16-da Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində yanacaq doldurmaq üçün 100 manatlıq saxta əskinas vermiş taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Zeniyev saxlanılmışdır.Araşdırma aparılır.
Yardımlı rayonunun Şıxlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 16-da saat 13 radələrində Yardımlı rayonunun Şıxlar kəndi ərazisində Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırmışdır. Nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölmüş, sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.Yardımlı RPŞ-də araşdırma aparılır.
Sabunçu qəsəbəsində yol-nəqliyyat hadisəsi
Yanvarın 16-da saat 20 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Bakı şəhər sakini F.Səfərov idarə etdiyi “Changan” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini Ariz İsmayılovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Sabunçu RPİ-də araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Babayev saxlanılmışdır
Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də və 9-da R.İsrafilovanın mobil telefonunu və içərisində 157 manat olan cüzdanını, bir mağazadan isə 200 manat pul və 800 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Babayev saxlanılmışdır.
Evlərin birindən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini M.Seyidzadə saxlanılmışdır
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də rayon ərazisindəki evlərin birindən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini M.Seyidzadə saxlanılmışdır.