Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtın Nizami rayonu ərazisində bir avtomobildən 1800 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən C.Quliyev saxlanılmışdır
17.01.2022
Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də rayon ərazisində “KİA” markalı bir avtomobildən 1800 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən C.Quliyev saxlanılmışdır.
Abşeron rayonunun Məmmədli kənd sakini Ü.Əjdərovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Məmmədli kənd sakini Ü.Əjdərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq tiryək, 16 qrama yaxın metamfetamin və 7 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.
Göyçay rayonu ərazisində xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmış M.Şıxalıyev saxlanılmışdır
Göyçay Rayon Polis Şöbəsinə yanvarın 17-də Çaxırlı kəndindəki evlərin birinin həyətində ev sahibinin kürəkəninin xuliqanlıq zəminində tüfəngdən havaya 2 dəfə atəş açması barədə məlumat daxil olmuşdur.Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. M.Şıxalıyev saxlanılmış, ondan qanunsuz saxladığı "İJ" markalı ov tüfəngi götürülmüşdür.
Oğurluq etdiyinə görə tutulmuş Masallı rayon sakini E.Tahirovun rayon ərazisindəki daha bir evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir
Masallı RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş E.Tahirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha bir evdən 1600 manat pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Biləsuvar rayonu ərazisində paytaxt sakinləri olan bir qrup şəxsdən 4 kiloqramdan artıq heroin aşkar edilərək götürülmüşdür
Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Adıgözəlovun idarə etdiyi “Toyota” markalı avtomobil Biləsuvar şəhəri ərazisində saxlanılmışdır. Avtomobilə baxış zamanı oradan sürücü və sərnişinləri, paytaxt sakinləri R.Bilaliyə, İ.Xeyrullayevə və R.Ağasızadəyə məxsus ümumilikdə 4 kiloqram 250 qram heroin, habelə R.Ağasızadədən marixuana aşkar edilərək götürülmüşdür.
Ağstafa şəhər sakini N.Sadıqovdan marixuana, tapança və 4 ədəd parton götürülmüşdür
Ağstafa RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Poylu kənd sakini Ə.Namazovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılmışdır. Şəxsi axtarış zamanı sərnişin - Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş N.Sadıqovdan 375 qram marixuana, həmçinin kustar üsulla hazırlanmış revolver tipli tapança və 4 ədəd parton aşkar edilərək götürülmüşdür.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Yevlax rayon sakini Asim Məmmədovun idarə etdiyi “VAZ-2103” markalı avtomobil Kürdəmir rayonu ərazisində yerləşən postda nəzarət-yoxlama qaydasında saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. O, polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur.Kürdəmir rayon Məhkəməsinin qərarı ilə A.Məmmədov 10 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xətai rayonunda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və psixotrop maddə çıxarılıb. İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Əhmədli və Köhnə Günəşli qəsəbələrində, eləcə də rayonun digər yaşayış məntəqələrində həyata keçirdikləri tədbirlər zamanı Zaur Şəkərəliyev, Samir Qafarov, Elçin Əliyev, Əfsəl Musayev, Sonqulu Daşdəmirov, Tural Hüseynov, İlkin Mahmudov, Elçin Sərdərov, Rasim Məmmədov, Orxan Məmmədzadə və Elxan Abbasov tutulublar.Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb.Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Nəsimi rayonunda “Kalaşnikov” markalı avtomat silah satmaq istəyən şəxs saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini Aftandil Çobanovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki çantaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və daraq aşkar edilərək götürülüb. Aftandil Çobanov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır
16.01.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır.