Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Biləcəri qəsəbəsi ərazisində Sabirabad rayon sakini Eynulla İbadova münaqişə zəminində ölümcül xəsarət yetirməkdə şübhəli bilinən qəsəbə sakini Y.Quliyev tutularaq istintaqa təhvil verilmişdir
12.02.2022
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə fevralın 13-də saat 2 radələrində Biləcəri qəsəbəsi ərazisində Sabirabad rayon sakini 30 yaşlı Eynulla İbadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirilməsi və xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.İstintaq-əməliyyat tədbirləri nəticəsində bu əməlin münaqişə zəminində Biləcəri qəsəbə sakini Y.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Metronun “28 May” stansiyasında Gəncə şəhər sakini M.Cəfərovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Xəlilov saxlanılmışdır
Metropolitendə Polis Şöbəsinə fevralın 9-da metronun “28 May” stansiyasında Gəncə şəhər sakini M.Cəfərovanın cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xəlilov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Yeni Suraxanı qəsəbəsindəki evlərin birindən soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Qasımov saxlanılmışdır
Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 11-də Yeni Suraxanı qəsəbəsindəki evlərin birindən soyğunçuluq yolu ilə içərisində 201 manat və sənədlər olan pulqabının aparılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qasımov müəyyən edilərək saxlanılmışdır.Suraxanı RPİ-də araşdırma aparılır.
Xaçmaz şəhər sakini E.Əlmuradova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən M.Yusifov müəyyən edilərək saxlanılmışdır
Xaçmaz Rayon Polis Şöbəsinə fevralın 12-də saat 1 radələrində şəhər sakini E.Əlmuradova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Müqtədir qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Yusifov müəyyən edilərək saxlanılmışdır. Xaçmaz RPŞ-də araşdırma aparılır.
Bərdə şəhər sakini A.Əzimova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini F.Sadıqsoy saxlanılmışdır
Bərdə Rayon Polis Şöbəsinə fevralın 12-də saat 9 radələrində şəhər sakini A.Əzimova məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Sadıqsoy müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.Bərdə RPŞ-də araşdırma aparılır.
Ağdaş şəhəri ərazisində “Chevrolet” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
Fevralın 12-də saat 15 radələrində Ağdaş şəhəri ərazisində Göyçay rayon sakini A.Məmmədovun idarə etdiyi “Chevrolet” və Goranboy rayon sakini K.Muradovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə K.Muradovun sərnişinləri Nazim Salahov və Ə.Muradova xəstəxanaya yerləşdirilmiş, N.Salahov orada ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Göyçay şəhəri ərazisində “BMW” markalı avtomobillə şəhər sakini T.Hüseynova və oğlu vurulmuşlar
Fevralın 12-də saat 23 radələrində Göyçay şəhəri ərazisində şəhər sakini V.Sadıqov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerliləri T.Hüseynovanı və oğlu Oqtayı vurmuşdur. Nəticədə onlar xəstəxanaya yerləşdirilmiş, Oqtay orada ölmüşdür.Göyçay RPŞ-də araşdırma aparılır.
Nərimanov rayonu ərazisində “KİA” markalı avtomobillə Bakı şəhər sakini N.Abdiyev vurulmuşdur
Fevralın 12-də saat 22 radələrində Nərimanov rayonu ərazisində Yevlax rayon sakini P.Mahmudov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Niyaz Abdiyevi vurmuş və nəticədə o, hadisə yerində ölmüşdür.Nərimanov RPİ-də araşdırma aparılır.
Abşeron rayon sakinləri N.Hüseynov, T.Nuriyev və S.Vahidovdan ümumilikdə 5 kiloqramdan artıq heroin götürülmüşdür
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuşlar N.Hüseynov, T.Nuriyev və S.Vahidov saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 5 kiloqram 60 qram heroin aşkar edilərək götürülmüşdür.
Paytaxtın 3 rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib
Paytaxtın Nəsimi, Səbail, Binəqədi rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 4 kiloqramdan artıq müxtəklif xassəli narkoik vasitə və psixotrop maddə çıxarılıb.Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan Vəli Rüstəmov və Ağasəf Bəhmənov saxlanılıblar. Bu şəxslərdən 1 kiloqramdan artıq heroin, metamfetamin, tiryək və narkotiklərin satışında istifadə etdikləri elektron tərəzi aşkar olunub.Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Anar Babayev tutulub. Onun üzərinə və Səbail rayonu ərazisində yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 260 qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı isə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmmuş Salyan rayon sakini Emin Quliyev tutulub. Onun üzərindən və Binəqədi qəsəbəsində yaşadığı evdən 1 kiloqram 70 qram heroin və narkotiklərin satışında bilavasitə istifadə etdiyi elektron tərəzi aşkar olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olublar. Onlar xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri qəbul ediblər.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.