Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılmışdır
11.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 11-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 11-də polis əməkdaşları tərəfindən respublika ərazisində 28 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqi həyata keçirilib
Fevralın 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 170 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 59 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 10-da Sumqayıt şəhər sakini Vüqar Hümbətəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə onun barəsində protokol tərtib olunub. Abşeron rayon məhkəməsinin qərarı ilə V.Hümbətəliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 gün müddətinə inzibati qaydada həbs edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ağcabədi rayon sakini Fəxrəndə İbrahimovanı qətlə yetirməkdə şübhəli bilinən Yevlax rayon sakini Seymur Cəfərov tutularaq istintaqa təhvil verilmişdir
2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olmuşdur.
Fevralın 11-də İsmayıllı rayonunun Basqal qəsəbə sakini Gülarə Qəhrəmanovanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bəxtiyar Əhmədli tutularaq istintaqa təhvil verilmişdir
İsmayıllı Rayon Polis Şöbəsinə fevralın 11-də saat 9 radələrində Basqal qəsəbəsi ərazisində yerləşən tam orta məktəbin həyətində orada xadimə işləyən qəsəbə sakini Gülarə Qəhrəmanovanın öldürülməsi barədə məlumat daxil olmuşdur.
Taksi fəaliyyəti ilə məşğul olan Xəzər rayon sakini E.Camalov avtomobilində sərnişin kimi apardığı 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinərək saxlanılmışdır
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında apardıqları araşdırmalarla “KİA” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şağan qəsəbə sakini E.Camalovun 2021-ci ilin fevral ayından cari il fevral ayının 11-dək olan müddətdə avtomobilində sərnişin kimi apardığı həmyerliləri olan 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. E.Camalov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayət işi başlanılmışdır. Zəruri istintaq-əməliyyat tədbirləri aparılır.
Səbail rayonunun Badamdar qəsəbəsi ərazisindəki mənzillərdən birinin eyvanındakı zivədən geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini H.Səfərova saxlanılmışdır
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə fevralın 11-nə keçən gecə Badamdar qəsəbəsi ərazisindəki mənzillərdən birinin eyvanındakı zivədən 90 manat dəyərində geyim əşyalarının oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini H.Səfərova qısa müddətdə müəyyən edilərək saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun həmin gün qəsəbə ərazisində daha 3 evin eyvanlarındakı zivədən geyim əşyaları oğurlaması da müəyyən edilmişdir.
Şamaxı rayonu ərazisindəki qəbristanlıqda qəbirilərdən birinin ətrafına çəkilmiş 3000 manat dəyərində məhəccəri oğurlamaqda şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və Ə.Alışov saxlanılmışlar
Şamaxı Rayon Polis Şöbəsinə yanvarın 30-na keçən gecə Həmyəli kəndi ərazisindəki qəbristanlıqda qəbirilərdən birinin ətrafına çəkilmiş 3000 manat dəyərində məhəccərin oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Alışov müəyyən edilərək saxlanılmışlar. Ətraflarında aparılan tədbirlərlə onların həmin qəbristanlıqda daha 2 qəbirin ətrafına çəkilmiş məhəccərləri və Sabir qəsəbəsi ərazisində yerləşən şərab zavodundan 5 ədəd kondisioner oğurlamaları da müəyyən edilmişdir.