Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində “VAZ-21063” markalı avtomobillə rayon sakini İ.Sultanov vurulmuşdur
07.02.2022
Fevralın 7-də saat 10 radələrində Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində Ağdaş rayon sakini Y.Yusifli idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən kənd sakini İsmayıl Sultanovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Qəbələ RPŞ-də araşdırma aparılır.
Tovuz rayonunun Əlibəyli kəndi ərazisində “Mercedes” və “Ateko” markalı avtomobillər toqquşmuşdur
Fevralın 8-də saat 2 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində kənd sakinləri Sərxan Alıyevin idarə etdiyi “Mercedes” və N.Nağıyevin idarə etdiyi “Ateko” markalı avtomobillər toqquşmuşdur. Nəticədə S.Alıyev hadisə yerində ölmüşdür.Tovuz RPŞ-də araşdırma aparılır.
Bakı şəhər sakini Z.İmanov tapdığı silah-sursatı könüllü olaraq polisə təhvil vermişdir
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Z.İmanov tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 8 ədəd patronu, 1 ədəd patron darağını və “Baykal” markalı pnevmatik tapançanı könüllü olaraq polisə təhvil vermişdir.
Fevralın 4-də Mərdəkan qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov və İ.Abbasov saxlanılmışlar
Bakı ŞBPİ və Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Mərdəkan qəsəbəsindəki evlərin birindən 600 manat pul, 2000 ABŞ dolları və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov və İ.Abbasov saxlanılmışlar.
Bakı şəhər sakini M.Əzizovanın çantasını oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini N.Əliyev saxlanılmışdır
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Bakı şəhər sakini M.Əzizovanın içərisində pul, açar, şəxsiyyət vəsiqəsi və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini N.Əliyev saxlanılmışdır.
Beyləqan rayonunda vətəndaşa 5 ədəd 200 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən Ağdam rayon sakini E.Süleymanov saxlanılmışdır
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 28-də vətəndaşa 5 ədəd 200 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov saxlanılmışdır.Ətrafında aparılan tədbirlərlə onun 2021-ci il dekabrın 23-də 2-ci Aşıqlı kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsində operatora 1 ədəd 200 manatlıq saxta əskinas verib 10 litr yanacaq alması da müəyyən edilmişdir.
Xırdalanda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanlılıb. Əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsin ilə məşğul olduğuna görə məhkum olunmuş Turan Əliyev tutulub. Onun əlində olan çantaya baxış zamanı yüksək təsiredici xassəyyə malik 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma nəticəsində müəyyən edilib ki, Turan Əliyev Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib. Turan Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun həmçinin Xırdalan şəhərində gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu da müəyyən edilib. Sonuncu əməliyyatlar zamanı saxlanılan Turan Əliyevin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır
06.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Bakı şəhərində və respublika ərazisində 668 toy şənliyinin monitorinqi həyata keçirilib
5-6 fevral tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 668 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 657 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 2 nəfər barəsində toplanmış materiallar məhkəməyə göndərilib; - 217 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 5-də və 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.