Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır

09.02.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 63 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılmışdır.

09.02.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır 09.02.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 09.02.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 09.02.2022
  • Bakı şəhərində və respublika ərazisində 78 toy şənliyinin monitorinqini həyata keçirib 09.02.2022
  • Quldurluq etməkdə şübhəli bilinən Salyan rayonunun Arbatan kənd sakini Ş.Ağamalıyev saxlanılmışdır 09.02.2022
  • Sumqayıt şəhər sakini Nazim Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən M.Həsənov saxlanılaraq istintaqa təhvil verilmişdir 09.02.2022
  • Ov tüfəngindən açdığı atəşlə arvadı Elnarəni qətlə, qonşusu İ.Qarayevə isə xəsarət yetirməkdə şübhəli bilinən Yevlax rayonunun Hacıselli kəndində yaşayan M.Qarayev saxlanılmışdır 09.02.2022
  • Sumqayıt şəhərindəki çeşidləmə stansiyası ərazisindən oğurluq etməyə cəhd göstərən şəxslər saxlanılmışlar 09.02.2022
  • Nizami rayon ərazisindəki mebel mağazalarının birində satıcının pulqabısını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılmışdır 09.02.2022
  • Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində “Tofaş” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Cəbrayılzadə saxlanılmışdır 09.02.2022
  • Sumqayıt şəhəri ərazisində yaşayan N.Bəylərovdan heroin və metamfetamin götürülmüşdür 09.02.2022
  • Şabran rayon sakini N.Paşayevdən silah-sursat və marixuana götürülmüşdür 09.02.2022
  • Gəncə şəhər sakini R.Məmmədovdan 1 kiloqramdan artıq marixuana götürülmüşdür 09.02.2022
  • Bərdə rayonunun Güloğlular kəndi ərazisində avtomobildən 600 manat pul oğurlamaqda şübhəli bilinən A.Zülfüqarova saxlanılmışdır 09.02.2022
  • Goranboy rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Dəliməmmədli şəhər sakini E.Tağıyev saxlanılmışdır 09.02.2022
  • İmişli şəhər sakini Ə.Nuralıyevdən ümumilikdə 5 kiloqramdan artıq narkotik vasitələr götürülmüşdür 09.02.2022
  • Goranboy şəhər sakini S.Həsənovun özünü yandırmaq cəhdinin qarşısı alınmışdır 09.02.2022
  • Şabran rayonunun Ağalıq kəndi ərazisində “Volvo”, “VAZ-2106”, “Opel” və “VAZ-211440” markalı dörd avtomobil toqquşmuşdur 09.02.2022
  • Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 76 kiloqram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb 09.02.2022
  • Paytaxt ərazisində yerləşən parklardan fontan başlıqları və elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb 09.02.2022