Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
06.02.2022
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 5-də və 6-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Lerik şəhəri ərazisindən “VAZ-2109” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini İ.Bünyadov avtomobillə birgə saxlanılaraq Lerik RPŞ-yə təhvil verilmişdir
Lerik Rayon Polis Şöbəsinə fevralın 6-da saat 2 radələrində şəhər ərazisindən Lənkəran rayon sakini M.İmanovun “VAZ-2109” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini İ.Bünyadov avtomobillə birgə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Lerik RPŞ-yə təhvil verilmişdir.Araşdırma aparılır.
Astara şəhəri ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini E.Həsənov avtomobillə birgə saxlanılmışdır
Astara Rayon Polis Şöbəsinə fevralın 6-da saat 3 radələrində şəhər ərazisindən F.Babayevin “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Astara şəhər sakini E.Həsənov avtomobillə birgə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Astara RPŞ-yə təhvil verilmişdir.Aaraşdırma aparılır
Xaçmaz rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Yeni Həyat qəsəbə sakinləri R.Quçadze və E.Çulaqov saxlanılmışlar
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 7000 manat pul oğurlamaqda şübhəli bilinən Yeni Həyat qəsəbə sakinləri R.Quçadze və E.Çulaqov saxlanılmışlar. Ətraflarında aparılan tədbirlərlə onların 2021-ci il dekabrın 4-də Tikanoba kəndi ərazisində Qusar rayon sakini Y.Misirxanova məxsus fermadan 3 baş inək oğurlamaları da müəyyən edilmişdir.
Xaçmaz rayonu ərazisindəki qapı-pəncərə sexlərinin birindən 14.000 manat pul və kameranın yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il iyulun 7-də rayon ərazisindəki qapı-pəncərə sexlərinin birindən 4000 manat, oradakı seyfdən 10.000 manat pul və kameranın yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Qobuqıraq kənd sakinləri C.Səfərəliyev və E.Hacıbabayev saxlanılmışlar.
Zaqatala rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən rayon sakini A.Aslanov saxlanılmışdır
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də rayon ərazisindəki mağazaların birindən 1150 manat pul oğurlamaqda şübhəli bilinən Muxax kənd sakini A.Aslanov saxlanılmışdır.Ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.
Saatlı rayonunda saxlanılan Bakı şəhər sakinləri A.Səmədov və C.Məmmədlidən hərəsi 1 kiloqramdan artıq heroin və marixuana, habelə 9 qramdan artıq metamfetamin götürülmüşdür
Saatlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri A.Səmədov və əvvəllər məhkum olunmuş C.Məmmədli saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan 1 kiloqram 45 qram heroin, 1 kiloqram 650 qram marixuana və 9 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.
Goranboy rayonunun Dəliməmmədli şəhər sakini Ə.Əliyevin avtomobilindən 470 qram marixuana götürülmüşdür
Goranboy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Dəliməmmədli şəhər sakini Ə.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq marixuana aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun “VAZ-21154” markalı avtomobilinə baxış zamanı oradan 470 qram marixuana götürülmüşdür.
Şəki şəhər sakini İ.Hüseynovun evinin həyətindəki yardımçı təsərrüfatından 475 qram marixuana götürülmüşdür
Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini İ.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın marixuana aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun evinin həyətindəki yardımçı təsərrüfata baxış zamanı oradan 475 qram marixuana götürülmüşdür.
Bərdə rayonunda saxlanılmış Xocalı rayon sakini E.Sadıqovdan marixuana, metamfetamin, heroin və tiryək götürülmüşdür
Bərdə RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xocalı rayon sakini E.Sadıqov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana, metamfetamin, heroin və tiryək aşkar edilərək götürülmüşdür.