Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhərində və respublika ərazisində 85 toy şənliyinin monitorinqini həyata keçirib
10.02.2022
Fevralın 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 85 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 84 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;- 32 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Əvvəlki illərdə törədilmiş daha bir ağır cinayətin üstünün açılması təmin edilmişdir
Fevralın 9-da Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini Elvin Dadaşov 2011-ci ildə yaşadığı evdə anası, 1970-ci il təvəllüdlü Bəsti Əliyevanı boğaraq öldürdüyünü və hissələrə ayırmaqla evin həyətində basdırdığını bildirib.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Onun həyətinə baxış zamanı B.Əliyevanın hissələrə ayrılmış cəsədi 2 ədəd idman çantasında basdırdığı yerdən aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. E.Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində “Tofaş” və “Oka” markalı avtomobillər toqquşmuşdur
Fevralın 10-da saat 10 radələrində Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində Abşeron rayon sakinləri M.Zülfəliyevin idarə etdiyi “Tofaş” və Şöhlət Quliyevin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Quliyev orada ölmüş, digər sürücünün vəziyyəti orta-ağırdır.Qaradağ RPİ-də araşdırma aparılır.
Yasamal rayonu ərazisində marşrut avtobusunda Bakı şəhər sakini A.Dəllaliana qarşı soyğunçuluq etməkdə şübhəli bilinən C.Hacağayev saxlanılmışdır
Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə fevralın 4-də rayon ərazisində "Daewoo" markalı marşrut avtobusunda bir nəfərin Bakı şəhər sakini A.Dəllalianın mobil telefonunu soyğunçuluq yolu ilə alması və avtobusdan düşərək qaçması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacağayev saxlanılmışdır.Araşdırma aparılır.
Paytaxtın Nizami rayonunun B.Nuriyev küçəsində "Mercedes" markalı bir avtomobildən 90 ədəd qol saatını oğurlamaqda şübhəli bilinən Babək rayon sakini V.Məmmədov saxlanılmışdır
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə fevralın 3-nə keçən gecə B.Nuriyev küçəsində "Mercedes" markalı bir avtomobildən 1800 manat dəyərində 90 ədəd qol saatının oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əıməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş V.Sultanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtartış zamanı ondan da metamfetamin götürülmüşdür.
Gəncə şəhəri ərazisindəki idman meydançalarının birinin yardımçı otağından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini K.Kərimov saxlanılmışdır
Kəpəz Rayon Polis İdarəsinə fevralın 9-da Gəncə şəhəri ərazisindəki idman meydançalarının birinin yardımçı otağından 3 nəfərin mobil telefon, qulaqcıq və qol saatlarının oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakini K.Kərimov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini D.Məmmədov saxlanılmışdır
Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-dən 10-dək olan müddətdə Binə qəsəbəsindəki evlərin birindən 300 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Məmmədov saxlanılmışdır.Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki 2 həyətyanı sahədən və 1 evdən elektrik naqili oğurlaması, 1 inşası başa çatmamış evin elektrik naqillərini kəsərək yararsız vəziyyətə salması da müəyyən edilmişdir.
Suraxanı rayonunun Hövsan qəsəbə sakini T.Babazadədən heroin və metamfetamin götürülmüşdür
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbə sakini T.Babazadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 45 qramdan artıq heroin və metamfetamin aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 48 qramdan artıq heroin və 6 qramdan artıq metamfetamin götürülmüşdür.
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsindəki kafelərin birində şəhər sakini İ.Şükürzadənin cibindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də İnşaatçılar qəsəbəsindəki kafelərin birində şəhər sakini İ.Şükürzadənin cibindən 460 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri N.Hümbətov və əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılmışlar.
Bakı şəhər sakini E.Babayevdən 2 kiloqramdan artıq heroin götürülmüşdür
Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Babayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 115 qram heroin aşkar edilərək götürülmüşdür.