Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayon ərazisindəki mebel mağazalarının birində satıcının pulqabısını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılmışdır
09.02.2022
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə fevralın 2-də rayon ərazisindəki mebel mağazalarının birində satıcı, Bakı şəhər sakini Ş.Mahmudovanın içərisində 1500 manat olan pulqabısını oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində “Tofaş” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Cəbrayılzadə saxlanılmışdır
Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə fevralın 8-də Qaraçuxur qəsəbəsi ərazisində T.Əsədova məxsus “Tofaş” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə maqnitofon, pərdə və səsgücləndiricinin oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Cəbrayılzadə müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində yaşayan N.Bəylərovdan heroin və metamfetamin götürülmüşdür
Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində N.Bəylərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun Yaşıldərə bağlar sahəsindəki yaşadığı evə baxış zamanı oradan əlavə 25 qrama yaxın heroin və metamfetamin götürülmüşdür.
Şabran rayon sakini N.Paşayevdən silah-sursat və marixuana götürülmüşdür
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Şabran rayon sakini N.Paşayevdən nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 1 ədəd patron sandığı, 5 ədəd patron və 379 qram marixuana götürülmüşdür.
Gəncə şəhər sakini R.Məmmədovdan 1 kiloqramdan artıq marixuana götürülmüşdür
Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Gəncə şəhər sakini R.Məmmədovdan 1 kiloqram 790 qram marixuana aşkar edilərək götürülmüşdür.
Bərdə rayonunun Güloğlular kəndi ərazisində avtomobildən 600 manat pul oğurlamaqda şübhəli bilinən A.Zülfüqarova saxlanılmışdır
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 7-də Güloğlular kəndi ərazisində “VAZ-2104” markalı bir avtomobildən 600 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Zülfüqarova saxlanılmışdır. Araşdırma aparılır.
Goranboy rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Dəliməmmədli şəhər sakini E.Tağıyev saxlanılmışdır
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, qol saatı və qızıl qolbağı oğurlamaqda şübhəli bilinən Dəliməmmədli şəhər sakini E.Tağıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 9 qrama yaxın, yaşadığı evə baxış zamanı isə 450 qram marixuana aşkar edilərək götürülmüşdür.
İmişli şəhər sakini Ə.Nuralıyevdən ümumilikdə 5 kiloqramdan artıq narkotik vasitələr götürülmüşdür
İmişli RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Nuralıyevdən 1 kiloqram 900 qram heroin, 1 kiloqram 300 qram metamfetamin və 2 kiloqram 100 qram marixuana aşkar edilərək götürülmüşdür.
Goranboy şəhər sakini S.Həsənovun özünü yandırmaq cəhdinin qarşısı alınmışdır
Fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərmişdir.Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınmış, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri almışlar. S.Həsənov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.Araşdırma aparılır.
Şabran rayonunun Ağalıq kəndi ərazisində “Volvo”, “VAZ-2106”, “Opel” və “VAZ-211440” markalı dörd avtomobil toqquşmuşdur
Fevralın 9-da saat 13 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində A.Abduljalilin idarə etdiyi “Volvo”, Z.Əfəndiyevin idarə etdiyi “VAZ-2106”, C.Paşayevin idarə etdiyi “Opel” və T.Nuriyevin idarə etdiyi “VAZ-211440” markalı avtomobillər toqquşmuşdur. Nəticədə T.Nuriyevin sərnişinləri Əli Babayev, arvadı Səlminaz Babayeva, Z.Əfəndiyevin sərnişini Həqiqət Quliyeva hadisə yerində ölmüş, 2 sürücü isə xəstəxanaya yerləşdirilmişlər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.