Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Həyat yoldaşını və qızını çoxsaylı bıçaq zərbələri vuraraq öldürməkdə şübhəli bilinən Şəmkir rayon sakini Elməddin Həsənov tutularaq istintaqa təhvil verilmişdir
13.02.2022
Şəmkir Rayon Polis Şöbəsinə fevralın 13-də Çinarlı qəsəbəsində yaşayan Elməddin Həsənovun evində həyat yoldaşı Lalə Həsənova və qızı Qumruya çoxsaylı bıçaq zərbələri vuraraq öldürməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanılmışdır.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Göyçay rayon sakini E.Abdullayevə məxsus nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Abdullayev müəyyən edilərək saxlanılmışdır
Göyçay Rayon Polis Şöbəsinə fevralın 13-də Potu kənd sakini E.Abdullayevə məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş İ.Abdullayev müəyyən edilərək saxlanılmış, avtomobil sahibinə qaytarılmışdır.Göyçay RPŞ-də araşdırma aparılır.
Oğuz rayonunun Muxas kəndi ərazisində “Renault” markalı avtomobil aşmışdır
Fevralın 13-də saat 15 radələrində Oğuz rayonunun Muxas kəndi ərazisində Şəki rayon sakini Elmar Məmmədov idarə etdiyi “Renault” markalı avtomobili aşırmışdır. Nəticədə E.Məmmədov, sərnişinləri oğlu Eldar, baldızı Xədicə İsmayılova hadisə yerində ölmüş və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Saatlı rayon sakini N.Abdullayev xəstəxanaya aparılarkən yolda ölmüşdür
Fevralın 13-də saat 21 radələrində Yasamal rayonu ərazisində Saatlı rayon sakini Nəcəf Abdullayev yola yıxılmış və nəticədə Bakı şəhər sakini T.Rəsulzadənin idarə etdiyi “Mitshubishi” markalı avtomobil ona dəymişdir. Nəticədə N.Abdullayev xəstəxanaya aparılarkən yolda ölmüşdür.Yasamal RPİ-də araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “KİA” markalı avtomobillə Lerik rayon sakini N.Babayeva vurulmuşdur
Fevralın 13-də saat 6 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Hüseynov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Nəsibə Babayevanı vurmuş və nəticədə o, hadisə yerində ölmüşdür.Xəzər RPİ-də araşdırma aparılır.
Mingəçevir şəhəri ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən N.Binnətova saxlanılmışdır
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-dən 12-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, Qazax rayon sakini N.Binnətova saxlanılmışdır.Araşdırma aparılır.
Ağdaş rayonunun Cücük kəndindəki evlərin birindən 800 metr naqil oğurlamaqda şübhəli bilinən Q.Abdullayev saxlanılmışdır
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-dən 12-dək olan müddətdə Cücük kəndindəki evlərin birindən 800 metr naqil oğurlamaqda şübhəli bilinən Ləki qəsəbə sakini Q.Abdullayev saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdır.
Salyan rayonu ərazisindəki evlərin birindən pul və qızıl üzük oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu R.Qəfərov və qohumu T.Əmirova saxlanılmışlar
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də rayon ərazisindəki evlərin birindən 5700 manat pul, 1000 ABŞ dolları və qızıl üzük oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu, əvvəllər məhkum olunmuş R.Qəfərov və qohumu, Salyan şəhər sakini T.Əmirova saxlanılmışlar.Araşdırma aparılır.
Gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılmışdır
12.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Bakı şəhər sakini İ.Əliyevin yaşadığı mənzildən nömrəsi silinmiş tapança, Cəbrayıl rayon sakini Y.Tanrıverdiyevin kirayədə yaşadığı evdən isə əl qumbarası götürülmüşdür
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İ.Əliyevin yaşadığı mənzilə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron, Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Y.Tanrıverdiyevin kirayədə yaşadığı evdən isə alışdırıcısı ilə birgə M75 tipli əl qumbarası aşkar edilərək götürülmüşdür.