Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır
05.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində avtomobilinə yanacaq doldurduqdan sonra pulu ödəməyərək getməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Hüseynov saxlanılmışdır
Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə fevralın 2-də Qaraçuxur qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində “Chevrolet” markalı avtomobilin sürücüsünün 48 manat dəyərində yanacaq doldurduqdan sonra pulu ödəməyərək getməsi barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Hüseynov müəyyən edilərək saxlanılmışdır. Suraxanı RPİ-də araşdırma aparılır.
Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində “BMW”, “VAZ-21074” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
Fevralın 5-də saat 12 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakinləri K.Vəlizadənin idarə etdiyi “BMW”, Qorxmaz İsmayılzadənin idarə etdiyi “VAZ-21074” və Qusar rayon sakini S.Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşmuşdur. Nəticədə Q.İsmayılzadə, sərnişinləri Tural Adıgözəlov və Mürsəl Quliyev hadisə yerində ölmüş, xəsarət almış digər 3 nəfər isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Salyan şəhəri ərazisində “VAZ-2107” markalı avtomobillə piyada vurulmuşdur
Fevralın 5-də saat 19 radələrində Salyan şəhəri ərazisində əvvəllər məhkum olunmuş T.Cəbrayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Reyhan Eyvazovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Salyan RPŞ-də araşdırma aparılır.
Paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulmuşdur
Fevralın 5-də saat 9 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini E.Şirinov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Adilə Zeynalovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Nizami RPİ-də araşdırma aparılır.
Xətai rayonu ərazisindəki mağazaların birindən avtomobil aksesuarları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki mağazaların birindən 1000 manat dəyərində avtomobil aksesuarları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ə.Hüseynov və F.Hüseynov saxlanılmışlar.
Axtarışda olan B.Nəsirov saxlanılmışdır
Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan B.Nəsirov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı 4 qrama yaxın heroin götürülmüşdür.
Sumqayıt şəhər sakini V.Cəbrayılovdan 98 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür
Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəbrayılov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 98 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Gəncə şəhər sakini A.Miyanidən nömrəsi silinmiş tapança və 4 ədəd patron götürülmüşdür
Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Miyanidən nömrəsi silinmiş “Revolver” tipli tapança və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.
Gəncə şəhəri ərazisindəki 1 köşkdən və 1 oyun zalından oğurluq etməkdə şübhəli bilinən V.Qasımov saxlanılmışdır
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 12-dən cari il yanvarın 9-dək olan müddətdə Gəncə şəhəri ərazisindəki 1 köşkdən 400 manat pul və 1200 manat dəyərində tütün məmulatı, 1 oyun zalından isə 310 manat dəyərində 4 ədəd oyun aparatı və 17 ədəd pult oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Qasımov saxlanılmışdır.