Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Lənkəran rayonunun Göyşaban kənd sakini B.Verdiyevdən heroin aşkar edilmişdir
11.02.2022
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Göyşaban kənd sakini, əvvəllər məhkum olunmuş B.Verdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Ətrafında aparılan tədbirlərlə onun ayrı-ayrı vaxtlarda 7 avtomobildən maqnitofon və akkumulyator oğurlaması da müəyyən edilmişdir.
Səbail rayonunun M.Hüseynov küçəsində “Chevrolet” markalı avtomobillə paytaxt sakini S.Aslan vurulmuşdur
Fevralın 11-də saat 20 radələrində Səbail rayonunun M.Hüseynov küçəsində Bakı şəhər sakini M.Əliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Sevinc Aslanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Səbail RPİ-də araşdırma aparılır.
Şəki şəhəri ərazisində Bakı şəhər sakini E.Rəsulzadə idarə etdiyi “Kia” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur
Fevralın 11-də saat 15 radələrində Şəki şəhəri ərazisində Bakı şəhər sakini E.Rəsulzadə idarə etdiyi “Kia” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sərnişinləri - həyat yoldaşı Səbinə və oğlu Eldar hadisə yerində ölmüş, özü və qızı isə xəstəxanaya yerləşdirilmişlər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Tovuz rayonunun Əyyublu kəndi ərazisində “VAZ-2107” və ”Hovo” markalı avtomobillər toqquşmuşdur
Fevralın 11-də saat 21 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisində rayon sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2107” və Gədəbəy rayon sakini N.Nuriyevin idarə etdiyi ”Hovo” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Məmmədovun sərnişini Hüseyn Məmmədov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Balakən rayonunun Püştətala kəndi ərazisində “Niva” markalı avtomobil yolun kənarındakı qaz borusuna çırpılmışdır
Fevralın 11-də saat 22 radələrində Balakən rayonunun Püştətala kəndi ərazisində rayon sakini M.Qadalov idarə etdiyi “Niva” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurmuşdur. Nəticədə sərnişini, Tülü kənd sakini Ramiz Rəşidov hadisə yerində ölmüş, özü və digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir. Balakən RPŞ-də araşdırma aparılır.
Mehdiabadda silah və narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Mehdiabad qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub. Bölməyə əvvəllər məhkum olunmuş Niyaməddin Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı istifadəyə yararlı avtomat, 9 ədəd patron, daraq və 320 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Niyaməddin Paşayev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək gizlətdiyini bildirib. Həmin şəxs ifadəsində silahı və narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini qeyd edib. Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Niyaməddin Paşayev barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəzər rayonunda evlərdən birindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəxslər saxlanılıblar
Fevralın 4-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən ev sahibi polisə müraciət edərək evdə olmadıqları müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 2000 dollar, 34 min manatlıq qızıl-zinət əşyaları və sənədlər olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Xəzər Rayon Polis İdarəsi və 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıl Abbasov və tanışı Elnur İsmayılov qısa zamanda saxalanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər. Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. Elnur İsmayılov və İsmayıl Abbasov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılmışdır
10.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 10-da polis əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.