DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonu Zirə qəsəbəsində narkotacirdən 26 kiloqram çətənə kolu və marixuana aşkar edilib

13.06.2022

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat  nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb.
Belə ki, Zirə qəsəbəsində yaşayan Anar Süleymanovun yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərdiyi barədə İdarəyə əməliyyat məlumatı daxil olub. Məlumat yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Polislər həmin şəxsi saxlayaraq üzərinə, eləcə də yaşadığı evin həyətindəki istixanaya baxış keçirən zaman ümumi çəkisi 15 kiloqram olan 53 ədəd çətənə kolu və 11 kiloqram marixuana aşkar edilib. Anar Süleymanov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və xüsusi qulluq etdiyini bildirib. 
Faktla  bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Anar Süleymanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xəzər  rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

13.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-nin açılması təmin olunub 13.06.2022
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki mağazaların birindən 2950 manat dəyərində noutbuku oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini N.Əliyev saxlanılıb 13.06.2022
  • Şabran rayon sakini E.Salmanovun pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar 13.06.2022
  • Mingəçevir şəhər sakini A.Həmidovdan 451 qramdan artıq marixuana aşkar edilərək götürülüb 13.06.2022
  • Nizami rayonu ərazisində 2 avtomobildən 40.000 manat dəyərində hissələrini sökərək oğurlamaqda şübhəli bilinən R.Şabanov saxlanılıb 13.06.2022
  • Zaqatala rayonunun Əliabad qəsəbəsində “VAZ-21063” və “Ford” markalı avtomobillər toqquşub 13.06.2022
  • Yasamal rayonunun M.Xiyabani küçəsində “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini A.Səlimov vurulub 13.06.2022
  • Narkotik vasitələrin satışı ilə məşğul olan və silahlı şəxslərə qarşı əməliyyatlar keçirib 13.06.2022
  • Xəzər rayonu Zirə qəsəbəsində narkotacirdən 26 kiloqram çətənə kolu və marixuana aşkar edilib 13.06.2022