Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
04.05.2022
Mayın 4-də saat 19 radələrində Şəmkir şəhəri ərazisində rayon sakini T.Cəfərovun və Elsevər Muxdarovun idarə etdikləri “Ford” markalı 2 yük avtomobili toqquşmuşdur. Nəticədə E.Muxdarov və sərnişini Asif Əliyev hadisə yerində ölmüş, digər sürücü isə xəstəxanaya yerləşdirilmişdir. Şəmkir RPŞ-də araşdırma aparılır.
Pytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 4-də saat 11 radələrində paytaxtın Nizami rayonu ərazisində S.Sultanov idarə etdiyi “Saipa” markalı avtomobillə yolu keçən Svetlana Abramovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Nizami RPİ-də araşdırma aparılır.
Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi
Mayın 4-də saat 15 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qəsəbə sakinləri C.Zöhrabovun idarə etdiyi “Opel” markalı avtomobillə Ramin Cabbarovun idarə etdiyi “Haujue” markalı motosiklet toqquşmuş və nəticədə motosikletçi hadisə yerində ölmüşdür.Suraxanı RPİ-də araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini T.Baloğlanov saxlanılmışdır
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbəsindəki evlərin birindən 2550 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Baloğlanov saxlanılmışdır. Araşdırma aparılır.
3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini E.Əzimov saxlanılmışdır
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini E.Əzimov saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini T.Qasımova və qardaşı, Şəki rayon sakini T.Davudov müəyyən edilərək saxlanılmışlar
Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın bank kartından 3000 manat pulunun çıxarılaraq oğurlanmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini T.Qasımova və qardaşı, Şəki rayon sakini T.Davudov müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.
İsmayıllı rayon sakini E.Şiralıyevdən tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan İsmayıllı rayon sakini E.Şiralıyevdən “Revolver” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.
Oğurluq etməkdə şübhəli bilinən Eltun Həsənov, Əmrah Qurbanov və Orxan Həsənov müəyyən edilərək saxlanılmışlar
Abşeron Rayon Polis İdarəsinə Nübar yaşayış sahəsindəki rayon Kommunal İdarəsinə məxsus tikilidən 1200 manat dəyərində otbiçən aparat, plastik boru yapışdıran aparat və elektrik naqili oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Eltun Həsənov, əvvəllər məhkum olunmuşlar Əmrah Qurbanov və Orxan Həsənov müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Masallı şəhər sakini S.Əliyeva saxlanılmışdır
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Kosakül kəndindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı şəhər sakini S.Əliyeva saxlanılmışdır. Araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilmiş 69 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənbəran kənd sakini Ə.Hüseynova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 69 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.