Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Neftçala rayonunun Kürkənd kənd sakini F.Nağıyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu və 45 qram marixuana aşkar edilərək götürülüb
09.06.2022
Neftçala RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kürkənd kənd sakini, əvvəllər məhkum olunmuş F.Nağıyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu və 45 qram marixuana aşkar edilərək götürülüb.
Cəbrayıl rayonunun Qumlaq kəndində yol-nəqliyyat hadisəsi
İyunun 9-da saat 18 radələrində Cəbrayıl rayonunun Qumlaq kəndində Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər. Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 9-da saat 21 radələrində Bərdə şəhəri ərazisində “VAZ-21011” markalı avtomobillə yolu keçən şəhər sakinləri B.Cəfərli və Rövşən Mirzəyev vurulub və sürücü hadisə yerini tərk edib. Nəticədə R.Mirzəyev hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü Ə.Şahverdiyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Beyləqan rayonunun Bolsulu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 9-da saat 17 radələrində Beyləqan rayonunun Bolsulu kəndi ərazisində rayon sakini İ.Əliyev idarə etdiyi “VAZ-21013” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan Məyiş Hüseynov orada ölüb.Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılmışdır
08.06.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Toy kortejində avtoxuliqanlıq edənlər saxlanılıb
İyunun 7-də saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortejində avtoxuliqanlıq edən “VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri - İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmənin qərarı ilə onlar 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilmişlər. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Masallı rayon sakini Q.Hüseynova ölümcül xəsarət yetirməkdə şübhəli bilinən H.Cəfərov tutularaq istintaqa təhvil verilmişdir
Masallı Rayon Polis Şöbəsinə iyunun 8-də rayon sakini, 30 yaşlı Qadir Hüseynovun aldığı xəsarətdən ölməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış araşdırmalarla Sığdaş kənd sakini H.Cəfərovun münaqişə zəminində Q.Hüseynovun baş nahiyəsinə yumruq vurmaqla xəsarət yetirməsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində bir avtomobildən oğurluq törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri H.Rzayev və E.Səfərov saxlanılmışlar
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə Badamdar qəsəbəsi ərazisində “Opel” markalı bir avtomobildən 8900 manat pul, sənəd, bankomat kartı, gödəkcə və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri, əvvəllər də analoji əmələ görə məhkum olunmuş H.Rzayev və E.Səfərov müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.
Sabunçu rayonunun Nardaran bağlarındakı evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Mirzəyev müəyyən edilərək saxlanılmışdır
Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə iyunun 3-nə keçən gecə Nardaran bağlarındakı evlərin birindən 1000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İ.Mirzəyev müəyyən edilərək saxlanılmışdır.Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı oradan şüşə qabda, 4 kiloqram 824 qramdan artıq çəkidə gümüşü rəngli civə aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Sumqayıt şəhər sakini V.Əliyevə məxsus avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən T.Əliyev saxlanılmışdır
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində V.Əliyevə məxsus “Chevrolet” markalı avtomobildən 400 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılmışdır.