Yasamal rayonunun M.Xiyabani küçəsində “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini A.Səlimov vurulub
13.06.2022İyunun 13-də saat 23 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində Bakı şəhər sakini Ç.Ağazadə idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Səlimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.