Şabran şəhər sakini Orxan Əliyevi qətlə yetirməkdə şübhəli bilinən T.Cəfərzadə tutularaq istintaqa təhvil verilib
15.06.2022Şabran Rayon Polis Şöbəsinə iyunun 15-də saat 23 radələrində şəhər sakini 25 yaşlı Orxan Əliyevin öldürülməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan ilkin araşdırmalarla şəhər sakini T.Cəfərzadənin münaqişə zəminində O.Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.