DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-nin açılması təmin olunub

14.06.2022

İyunun 14 -də ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 11-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

14.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-nin açılması təmin olunub 14.06.2022
  • Xırdalanda avtobuslarda cibgirlik və soyğunçuluq edən şəxslər saxlanılıblar 14.06.2022