Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bərdə şəhər sakini G.Musayevaya bıçaqla xəsarət yetirilməkdə şübhəli bilinən E.Qarayev tutulub
14.11.2022
Bərdə Rayon Polis Şöbəsinə noyabrın 13-də saat 18 radələrində şəhər sakini G.Musayevaya bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.Qadın xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Kələntərli qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş E.Qarayevin G.Musayevaya xəsarət yetirib quldurluq yolu ilə çantasını almağa cəhd göstərməsi müəyyən olunub.Əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qarayev şübhəli şəxs qismində tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 14-də saat 17 radələrində Nizami rayonu ərazisində Masallı rayon sakini S.Müseyibov idarə etdiyi “Toyota” markalı avtombillə yolu keçən 35-40 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb. Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 13-də saat 15 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində Aşıqlar kənd sakini Camal Abbasovun idarə etdiyi “VAZ-2106” və Füzuli rayon sakini Ş.Həziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə C.Abbasov və sərnişini olan həyat yoldaşı Nərgiz xəstəxanaya yerləşdirilib, C.Abbasov orada ölüb, qadının vəziyyəti orta-ağırdır.Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 14-də saat 18 radələrində Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisində Samux rayon sakini E.Orucov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Gülarə Zeynalovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri 3 qardaş – E., F. və R.Süleymanovlar müəyyən olunaraq saxlanılıblar
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda cibgirlikdə məşğul olan 3 qardaş yaxalanıb. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 3 qardaş – E., F. və R.Süleymanovlar müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən ev sahibinin nəvəsi müəyyən olunaraq saxlanılıb
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin nəvəsi müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən İmişli rayon sakinləri F.Abbaslı və Ş.Musayev saxlanılıblar
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də H.Seyidzadə küçəsindən Bakı şəhər sakini R.Qasımova məxsus mopedi oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri F.Abbaslı və əvvəllər məhkum olunmuş Ş.Musayev saxlanılıblar.Araşdırma aparılır.
Ağdaş rayonunun Arabir kənd sakini E.İsayevdən 631 qram heroin aşkar edilərək götürülüb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Arabir kənd sakini E.İsayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 631 qram heroin aşkar edilərək götürülüb.
Ağdaş rayonunun Qaradeyin kənd sakinləri F.Əzizovdan və E.Məsimovdan 2 ədəd ov tüfəngi götürülüb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaradeyin kənd sakinləri F.Əzizovdan və E.Məsimovdan qanunsuz saxladıqları “İJ” markalı 2 ədəd ov tüfəngi götürülüb.
Ağcabədi rayonunun Avşar kənd sakini F.Quliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Avşar kənd sakini F.Quliyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.