Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir şəhər sakinləri Ə.Məhərrəmov və A.Əliyevdən 2 ədəd ov tüfəngi götürülüb
14.11.2022
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ov tüfəngini gəzdirmə və saxlama qaydalarını pozduqları üçün şəhər sakinləri Ə.Məhərrəmov və A.Əliyev saxlanılıblar. Onlardan müvafiq sənədləri olan “Simson” və qanunsuz saxlanılan nömrəsi silinmiş “TOZ-16” markalı 2 ədəd ov tüfəngi götürülüb.
Bakı şəhər sakini İ.Qənbərovdan 1 kiloqram 10 qram heroin və 4 kiloqram 875 qram marixuana aşkar edilərək götürülüb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini İ.Qənbərovdan 1 kiloqram 10 qram heroin və 4 kiloqram 875 qram marixuana aşkar edilərək götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
13.11.2022
Noyabrın 13-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Kifayət İsayevanı qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib
Noyabrın 12-də saat 16 radələrində Nərimanov rayonu ərazisində Kifayət İsayevanın öldürülməsi barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Aparılmış araşdırmalarla Bakı şəhər sakini E.Məhərrəmovun münaqişə zəminində K.İsayevanın baş nahiyyəsinə küt alətlə xəsarət yetirib qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Keçmiş həyat yoldaşı N.Pirimovaya və oğlu A.Dadaşova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilnən Yeni Suraxanı qəsəbəsində yaşayan E.Dadaşov tutularaq istintaqa təhvil verilib
Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə noyabrın 13-də saat 10 radələrində Yeni Suraxanı qəsəbəsində iki nəfərin odlu silahdan açılan atəşdən xəsarət alması barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Aparılmış araşdırmalarla Yeni Suraxanı qəsəbəsində yaşayan E.Dadaşovun evində münaqişə zəminində keçmiş həyat yoldaşı N.Pirimovaya və oğlu A.Dadaşova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır. Faktla bağlı cinayət işi başlanılıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan hadisədə istifadə etdiyi müvafiq sənədləri olan “MR-27” markalı ov tüfəngi götürülüb.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Cəlilabad rayon sakini V.Nəzərli saxlanılıb
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də Bakı şəhər sakini S.Mustafayevanın içərisində pul, bank kartı və mobil telefonu olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Cəlilabad rayon sakini V.Nəzərli saxlanılıb.Araşdırma aparılır.
Q.Kulikinin yaşadığı Xırdalan şəhərindəki evinə baxış zamanı oradan saxta pul hazırlamaq məqsədilə istifadə etdiyi 3 ədəd printer və 25 ədəd 20 manatlıq saxta əskinas aşkar edilərək götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində noyabrın 3-də Q.Kulikinin yaşadığı Xırdalan şəhərindəki evinə baxış zamanı oradan saxta pul hazırlamaq məqsədilə istifadə etdiyi 3 ədəd printer və 25 ədəd 20 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.
Oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini S.Məmmədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki yardımçı təsərrüfatların birindən 2 ədəd velosiped, 1 ədəd samovar və digər məişət əşyaları, bir qarajdan velosiped və digər yardımçı təsərrüfatdan isə 864 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb.
Oğurluqda şübhəli bilinən Masallı rayonunun Bədəlan kənd sakini M.Əzizov saxlanılıb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 9-da rayon ərazisindəki evlərin birindən 25.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bədəlan kənd sakini M.Əzizov saxlanılıb.Araşdırma aparılır.
Bakı şəhər sakinləri İ.Mehdiyev və Ə.Novruzlu qanunsuz ov etdiklərinə görə saxlanılıblar
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Axtaçı kəndi ərazisində Bakı şəhər sakinləri İ.Mehdiyev və Ə.Novruzlu qanunsuz ov etdiklərinə görə saxlanılıblar. Onlardan qanunsuz saxladıqları “İJ” markalı 2 ədəd ov tüfəngi götürülüb.