Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Biləsuvar rayon sakini E.Yarıyev qanunsuz ov etdiyinə görə saxlanılıb
13.11.2022
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Arazbarı kəndi ərazisində Biləsuvar rayon sakini E.Yarıyev qanunsuz ov etdiyinə görə saxlanılıb.Ondan ov tüfəngi və 4 ədəd patron götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
12.11.2022
Noyabrın 12-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Laçın rayon sakini N.Azayev müəyyən edilərək saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsinə noyabrın 11-də rayon ərazisindən “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Ə.Əhmədov küçəsində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Laçın rayon sakini N.Azayev müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Bank hesabından 140 manat oğurlamaqda şübhəli bilinən Culfa rayon sakini K.Hüseynli saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 4-də Abşeron rayon sakini O.Tağıyevin bank hesabından 140 manat oğurlamaqda şübhəli bilinən Culfa rayon sakini, əvvəllər məhkum olunmuş K.Hüseynli saxlanılıb.Araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü V.Qurbanov müəyyən edilərək saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də saat 19 radələrində Bülbül prospektində Bakı şəhər sakini M.Abramovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü V.Qurbanov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini F.Babayeva saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də rayon ərazisindəki evlərin birindən noutbuk, mobil telefon və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Babayeva saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Sabirabad rayon sakini B.İsmayılov saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Mətbuat prospektindəki marketlərin birindən 150 manat pul və 3714 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş B.İsmayılov saxlanılıb.Araşdırma aparılır.
Beyləqan şəhər sakini M.Həsənovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini M.Həsənovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Orucov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 2 nəfərə məxsus velosiped və bir həyətyanı sahədən su mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Orucov saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Hövsan qəsəbə sakini Q.Ağayev saxlanılıb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki köşklərin birindən 50 manat pul və 1300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakini Q.Ağayev saxlanılıb.Araşdırma aparılır.