Müxtəlif vaxtlarda metro stansiyalarında 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Z.Qocayev saxlanılıb
18.11.2022Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda metro stansiyalarında 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Qocayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.