DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini İlyas Bədəlov operativ tədbirlərlə müraciətinin qısa müddət ərzində müsbət həll olunmasına görə Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan şəhər sakini Zaur Əliyev təşəkkür məktubunda Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində qəbul olunduqdan sonra müraciəti üzrə araşdırma aparılaraq ədalətli qərar verildiyini və ona dəymiş maddi ziyanın ödənildiyini qeyd edərək Azərbaycan polisinə minnətdarlığını bildirir.

Gədəbəy rayon sakini Təranə İsayeva məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini, müraciətinin dinlənilərək aidiyyəti üzrə tapşırıqlar verildiyini və polis əməkdaşları tərəfindən obyektiv araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir.
O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Zabit İmamverdiyev polis orqanlarında işləmək arzusunda olan gənclərin xidmətə qəbulu zamanı bütün proseslərin şəffaflıq və aşkarlıq prinsipləri əsasında reallaşdığının şahid olduğunu qeyd edərək DİN rəhbərliyinə  təşəkkürünü bildirir. 

Qazax rayon sakini Rüxsarə Süleymanova müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını yazır.

Vətəndaş Fərhad Xankişiyev müraciətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Göygöl rayon sakini Elmira Alıyeva üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində müsbət həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş Alim İbrahimov məktubunda ictimai asayişin və ictimai qaydanın qorunmasında Goranboy Rayon Polis Şöbəsinin xidməti fəaliyyətini təqdir etdiyini bildirir.

Gəncə şəhər Şəmsiyyə Əhmədova üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, obyektiv araşdırılaraq müsbət həll olunmasına görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.