Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Cəmilə Babayeva məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ reaksiya verildiyini, polisin səlahiyyətinə aid olmayan məsələ olsa da, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi tərəfindən müvafiq köməklik göstərilərək müsbət həll olunduğunu qeyd edir. 
C.Babayeva hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə və  12-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Abuzər Cəfərli “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan Polisinə təşəkkür postu paylaşıb. O, Suraxanı rayonu ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, əhalinin və nəqliyyatın hərəkətinə mane olan küçə ticarətinin aradan qaldırılmasına, yol polisi əməkdaşları tərəfindən yol hərəkətinin yüksək səviyyədə təşkilinə, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayon sakini Zakir Novruzov rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Naxçıvan şəhər sakini Müşfiq Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür   məktubunda aparılan kadr islahatlarından razılıq edir, müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv reaksiya verdiklərinə görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vəfa İsazadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür    məktubunda yazır: “Zərgərpalan və Nizami küçələrində daimi maşın axını olduğuna və yol zolaqlarının olmadığına görə burada həm sürücü, həm də piyadalar üçün narahatçılıq yaranmışdı. Düzdür Yol Polisi əməkdaşları vətəndaşlara yolu keçmək üçün köməklik göstərirdilər. Bu problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdim. Müraciətimə operativ şəkildə baxıldı. Çox tez bir zamanda narahatçılıq aradan qaldırıldı. İndi piyadalar da, sürücülər də yoldan rahat şəkildə istifadə edirlər. Mən bu işdə əməyi keçən polis əməkdaşlarının hamısına təşəkkürümü bildirirəm.”  Vəfa İsazadə “Instagram” səhifəsində bununla bağlı video da paylaşıb.

Sosial şəbəkə izləyicisi Elvin Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına və probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rahim Abbasov DİN rəhbərliyinə ünvanladığı təşəkkür    məktubunda  müraciətinə operativ baxılmasına və probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Turan Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür     məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlığa və narkomaniyaya qarşı mübarizədə fəal iştiraklarına görə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin şəxsi heyətinə  minnətdarlıq edir.      

Sosial şəbəkə izləyicisi Tural Məmmədov  DİN rəhbərliyinə ünvanladığı təşəkkür     məktubunda  etdiyi müraciətə operativ və obyektiv baxılaraq probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Xətai RPİ-nin 37-ci Polis Bölməsinin şəxsi heyətinə  minnətdarlıq edir.