Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağcabədi rayon sakini Aqşin Rzayev DİN-nə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinə rəğbətini və polisin sıralarına xidmət etmək arzusunda olduğunu ifadə edir.

Bakı şəhər sakini Elnur Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda baş vermiş oğurluqla bağlı etdiyi müraciətə operativ baxılmasına və ona məxsus təkərlərin tapılaraq geri qaytarılmasında göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə izləyicisi Elgün Gəncimsoy DİN-ə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinə minnətdarlıq ifadə edir. O, yazır ki: “Dostum, Vətən müharibəsi qazisi Taleh Urfabsoy, onun silahdaşı rəhman Mustafayev hospitalda müalicə alıb doğulduqları Şəki şəhərinə geri dönürlər. Onları Bakı Beynəlxalq Avtovağzalından götürən taksi Oğuz rayonuna qədər gətirəcəyinə söz verir. Razılaşırlar. Ümid edirlər ki, oradan Şəkiyə qədər maşın düşəcək. Gəlib Oğuza çatırlar, amma maşın olmur. Şəki sakini, Qarabağ qazısı Rəhman Mustafayev DİN-in “102” zəng xidmətinə zəng edib vəziyyəti izah edir. Bundan sonra Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qaziləri rayonda yerləşən oteldə qonaq edib, sabahı gün Şəkiyə yola salırlar”.

Sosial şəbəkə izləyicisi Amid Mürsəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda  göstərilən köməkliyə görə Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir. Məktubunda yazır ki: “İşdə olduğum zaman evdən məlumat verdilər ki, övladlarım Kənan və Pünhan evdən çıxıb gediblər. Güman etdim ki, uşaqlar yəqin rayona yollanıblar. Tez 20 yanvar istiqamətinə getdim ki, uşaqlar orada olar, ancaq tapa bilmədim. Bu zaman Nərimanov 17-ci Polis Şöbəsindən zəng gəldi, dedilər, uşaqlarınız şöbənin əməkdaşları tərəfindən tapılıb”.

Bakı şəhər sakini Amid İmanov DİN-ə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı mübarizədə fəal iştirakına görə minnətdarlıq edir.

Gəncə şəhər sakini Anar İbrahimov məktubunda müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Daşkəsən rayon sakinləri İsmayıl Əsgərov və Ramil Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladıqları məktubda müraciətləri ilə əlaqədar Daşkəsən Rayon Polis Şöbəsində aparılan obyektiv araşdırmalara görə minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Gülnarə Abbasova üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində bu əməli törədənin tapılmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Kamil Qasımov təşəkkür məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə DİN rəhbərliyinə və Gəncə ŞBPİ-nin əməkdaşlarına razılıq ifadə edir.