Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bir qrup Şəmkir rayon sakinləri öz təşəkkür məktublarında müraciətlərinə operativ reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Masallı rayon sakini Zülfüqar Cəfərov yazdığı təşəkkür məktubunda vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa, yol hərəkətinin təhlükəsizliyinin təşkili işində nümunəvi xidmətlərinə görə Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Lənkəran şəhər sakini Aygün Mirzəyeva müraciətinə operativ reaksiya verilməsinə və obyektiv araşdırma aparılmasına və məsələnin müsbət həllini tapmasına görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Sabir Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə Cəlilabad RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Biləsuvar rayon sakini Əlizadə Kişiyev özünün sosial şəbəkə hesabındakı paylaşımında yol hərəkəti təhlükəsizliyinin təmini istiqamətində görülən işlərə, yeni yol nişanlarının quraşdırılmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Lənkəran sakini Xeyranisə Fərziyeva öz təşəkkür məktubunda pulunun mənimsənilməsi ilə bağlı müraciətinin Lənkəran ŞRPŞ-də obyektiv şəkildə araşdırılmasına və ona dəyən maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını bildirir.

Şirvan şəhər sakini Röyal Şahvələdov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Baki şəhər sakini Nuranə Məlikova DİN-ə ünvanlandığı məktubunda təhdid olunması ilə bağlı müraciətinə Sabunçu RPİ 15-ci Polis Bölməsində  operativ baxıldığını bildirir.
N.Məlikova vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Vətəndaş Sevil Məmmədova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.