Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəhid ailəsi olan Rafət Muradov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə göstərilən həssaslığa və operativliyə, həmçinin yüksək diqqət və qayğıya görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Səbinə Əhmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə çevik reaksiya verilməsinə, həmçinin xoş rəftar və nəzakətli davranışlara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nicat Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Tərlan Sultanlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Zaqatala rayon sakini Tellər Babayeva məktubunda müraciətinə dərhal baxılaraq ona dəymiş ziyanın ödətdirilməsinə göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

İstefada olan polis əməkdaşı Bəylər Teymurov məktubunda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicə aldığını yazır. O, orada həkimlərin bütün xəstələrə, o cümlədən  istefada olan polis əməkdaşlarına xüsusi  diqqət və qayğı ilə yanaşdığını qeyd edir. 
B.Teymurov yaradılan şəraitə DİN rəhbərliyinə, humanist və qayğıkeşliklərinə görə A.Heydərov adına Respublika Hospitalının əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Sosial şəbəkə istifadəçisi Ayna Hüseynova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Çingiz Ağayev DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında müraciətinə çevik reaksiya verilərək qısa müddətdə həll olunmasına göstərdikləri köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Zaqatala rayon Muxax kənd sakini Təranə Əhmədova məktubunda müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş ziyanın ödətdirilməsinə göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.