Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Salyan rayon sakini Dürdanə Axundova Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla Yasamal RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Rüfət Səadətov Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Salyan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Ramal Abdullayev Daxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla İmişli RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Qobu qəsəbə sakini Ülviyyə Şirinova məktubunda müraciəti ilə bağlı Abşeron Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müvafiq tədbirlərin həyata keçirildiyini yazır. O, müraciətinə həssas yanaşılmasına və həyata keçirilən tədbirlərlə müsbət həll olunmasına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Lənkəran rayon sakini Rüfət Səfərov ünvanladığı təşəkkür məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Lənkəran ŞRPŞ rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir, onlara şərəfli xidmətlərində uğurlar arzulayır.

“Rusiya-24” televiziyasının Azərbaycandakı təmsilçisi, jurnalist Şakir Eminbəyli etdiyi müraciətə operativ şəkildə baxılaraq cinayətkarın tez bir zamanda tapılıb həbs edilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ-nin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Nərgiz Səidova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Ləman Nuriyeva ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ 2-ci PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Etibar Məmmədli müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasına görə Azərbaycan Polisinə təşəkkür edir.