Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sudan Respublikasının vətəndaşı Ghadir Elmahdawi itirdiyi çantasının tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirir.

Vətəndaş Vüsal Əhmədov ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisindən razılıq edir, xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə BDYPİ-nin Yevlax RQİ və TBŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağsu rayon sakini Nurəddin Həmidov tanıdığı şəxs tərəfindən zəhmət haqqının ödənilməməsi ilə bağlı müraciətinin müsbət həll olunmasında göstərilən köməkliyə görə Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Səbuhi Xəlilzadə xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı RPİ-nin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Samir Səmədov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi İlhamə Alıyeva müraciətinə operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Xanım Astanova bank kartından səhvən tanımadığı digər şəxsin bank kartına pul göndərməsi ilə bağlı müraciətinə operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Mansur Qurbanov müraciətinə obyektiv baxılmasına və göstərilən köməkliyə görə Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi İbrahim Kazımov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.