Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.06.2022 - Kəlbəcər rayon sakini Əlzamin Mamedov
Kəlbəcər rayon sakini Əlzamin Mamedov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə minnətdarlığını ifadə edir.
23.06.2022 - Bakı şəhər sakini Rizvan Əzizov
Bakı şəhər sakini Rizvan Əzizov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə etdiyi müraciətinə dərhal reaksiya verildiyini, Yasamal Rayon Polis İdarəsində araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
23.06.2022 - Bakı şəhər sakini Nigar İsmayılova
Bakı şəhər sakini Nigar İsmayılova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mənzil alqı-satqısı zamanı aldadılması ilə bağlı etdiyi müraciətinə operativ baxıldığını, Nərimanov RPİ-nin 16-cı Polis Bölməsində araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və 16-cı Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.06.2022 - Sosial şəbəkə istifadəçisi
Sosial şəbəkə istifadəçisi huşunu itirmiş vətəndaşa ərazidə xidmət aparan polislərin kömək etməsindən, təcili tibbi yardım çağıraraq xəstəxanaya yola salınmasından yazır. Göstərilən fədakarlığa, eləcə də köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
22.06.2022 - Bakı şəhər sakini Təranə Ələsgərova
Bakı şəhər sakini Təranə Ələsgərova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
22.06.2022 - Vətəndaş Əlizadə Cavadov
Vətəndaş Əlizadə Cavadov Qaradağ rayonunda yerləşən Avtomobillərin Müayinə Mərkəzində göstərilən münasibətə, operativ xidmətə, eləcə də sürücülər üçün yaradılmış hərtərəfli şəraitə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.
22.06.2022 - Vətəndaş Nərmin Mustafayeva
Vətəndaş Nərmin Mustafayeva sosial şəbəkədə üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
22.06.2022 - Bakı şəhər sakini Nuranə Eyvazova
Bakı şəhər sakini Nuranə Eyvazova turizm şirkəti tərəfindən qarşılaşdığı haqsızlıqla əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını ifadə edir.
22.06.2022 - Bakı şəhər sakini Elmir İsmayılov
Bakı şəhər sakini Elmir İsmayılov işdə olarkən mənzilində yanğının baş verməsindən, ərazidə xidmət aparan polis əməkdaşlarının alovu söndürməsindən yazır. Deyir ki, qonşularının söylədiklərinə görə polislər dərhal bina sakinlərinin təhlükəsizliyini təmin edib və alovun digər mənzillərə keçməsinin qarşısını alıb. Polisin bu fədakarlığını görə Qaradağ RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.