DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Real Əlizadə DİN-in “İnstagram” səhifəsi vasitəsilə Azərbaycan Polisinə təşəkkürünü bildirib. O, statusunda yazır: “Ağır xəstəmiz var idi. Yasamal rayonu ərazisində xidmət aparan 99 YP-526 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin əməkdaşlarından kömək istədik. Sağ olsunlar, bizi müşayiət edərək xəstəxanaya vaxtında çatdırdılar. Həmin polis əməkdaşlarına, o cümlədən Azərbaycan Polisinə təşəkkür edirik”.

Bakı şəhər sakini Tural Məhərrəmov DİN-ə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Aysel Əlizadə mülki-hüquqi öhdəliklərin icrasından yayınmaq faktı ilə bağlı DİN-in “Facebook” səhifəsi vasitəsi ilə etdiyi müraciətə baxılaraq müsbət istiqamətdə həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

DİN-in “Facebook” səhifəsinin izləyicisi olan Abşeron rayonunun Masazır qəsəbə sakini Rauf Məcidov Xırdalan şəhərində yerləşən mağazasından törədilən oğurluq hadisələrinin araşdırılması ilə əlaqədar səhifə vasitəsilə müraciət ünvanladığını qeyd edir.

O, müraciətinə dərhal reaksiya verildiyini, Abşeron Rayon Polis İdarəsində qəbul edilərək müvafiq araşdırmalara başlanıldığını qeyd edərək, vətəndaş müraciətlərinə çevik reaksiya verilməsinə, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Ağdam rayon sakini Kərim Kərimov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə həmçinin Baş Dövlət Yol Polisi əməkdaşlarının xidməti fəaliyyətini layiqincə yerinə yetirdikləri üçün DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rövşən Əliyev etdiyi müraciətlə bağlı Nəsimi Rayon Polis İdarəsində qəbul olunduğunu və ona qarşılaşdığı problemlə bağlı köməklik göstərildiyinə görə DİO əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Günel Zeynalova “instagram” sosial şəbəkəsi vasitəsi ilə səhifəmizə yazaraq bir şəxs tərəfindən pulunun mənimsənildiyi barədə etdiyi müraciətə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının operativ yanaşdıqlarına və dəymiş ziyanın tam ödətdirilməsini bildirir. Və buna görə DİN rəhbərliyinə dərin minnətdarlığını bildirir.

Bakı şəhər sakini Amir Xəlilov inşaat materialı sifariş etdiyi şəxsə pul verdiyi və əvəzində ona söz verilən nə inşaat materialını nə də pulunun geri qaytarılmadığı ilə bağlı etdiyi müraciətə operativ şəkildə baxıldığına və dəymiş ziyanın tam ödətdirildiyinə görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.

Abşeron rayon sakini Orxan Məmmədov Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində piyada xəttinin bərpa olunması ilə bağlı etdiyi müraciətə Baş Dövlət Yol Polisi əməkdaşları tərəfindən dərhal reaksiya verildiyinə və problemin qısa müddət ərzində həll olunduğuna görə BDYPİ-nin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.