Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Rasim Mirzəyev təşəkkür məktubunda müraciətinə operativ reaksiya verdiklərinə görə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Nüşirəvan Hüseynov baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ baxıldığına və qısa müddətdə araşdırılaraq müsbət həll olunduğuna görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağstafa rayon sakini Xətai Bağırov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Nurami Məmmədov üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Tovuz  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Möhübbət Aslanov

Bakı şəhər sakini Vahid Niyazov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Elmir Hacıyəhyayev məktubunda DİN-ə ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Hakim Osmanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Sumqayıt şəhər sakini Azər Zamanov məktubunda Azərbaycan Polisinin yaranma tarixi münasibəti ilə daxili işlər orqanları əməkdaşlarını təbrik edir, xidmətlətində uğurlar arzulayır.