Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.08.2024 - Göyçay rayon sakini İntiqam Məmmədov
Göyçay rayon sakini İntiqam Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.08.2024 - Şəki rayon sakini Aynurə İbadullayeva
Şəki rayon sakini Aynurə İbadullayeva müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
12.08.2024 - Yevlax rayon sakini Rüzgar Məmmədova
Yevlax rayon sakini Rüzgar Məmmədova müraciətinin müsbət həll olunmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
10.08.2024 - Vətəndaş Samirə Cavadova
Vətəndaş Samirə Cavadova DİN-in “Instagram” sosial şəbəkə hesabına ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini və ona hüquqlarının izah olunduğunu bildirir.
10.08.2024 - Vətəndaş Nizam Rzayev
Vətəndaş Nizam Rzayev DİN-in “Instagram” sosial şəbəkə hesabına təşəkkür mesajı yazıb. O sürücülük vəsiqəsi əldə edən zaman polisin göstərdiyi xoş rəftara görə minnəttarlığını bildirir.
10.08.2024 - Saatlı rayon sakini Rəfail Şahmanov
Saatlı rayon sakini Rəfail Şahmanov DİN-ə ünvanladığı təşəkkür məktubunda ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
10.08.2024 - Bakı şəhər sakini Günel Əfəndiyeva
Bakı şəhər sakini Günel Əfəndiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Müraciətimdən sonra Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının məsələyə ciddi yanaşması və dərhal müdaxiləsi nəticəsində problem aradan qaldırıldı. Azərbaycan polisinə minnətdarlığımı bildirirəm”.
10.08.2024 - Gəncə şəhər sakini Aygül Bağırova
Gəncə şəhər sakini Aygül Bağırova vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
10.08.2024 - Sumqayıt şəhər sakini Könül Mirzəyeva
Sumqayıt şəhər sakini Könül Mirzəyeva məktubunda müraciətinə operativ baxıldığını, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.
O, müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə özü və ailəsi adından DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.