DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lənkəran şəhər sakini Qədir Cəfərzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəxsi əmlakını oğurlayan şəxsin tapılaraq qanuni tədbir görülməsinə və ona dəyən maddi ziyanın tam şəkildə ödənilməsinə görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.

Astara rayonunun Maşxan kənd sakini Muxtar Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılmasına və məsələnin müsbət həllini tapmasına görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Astara rayonunun Vaqo kəndinin bir qrup sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində görülən müsbət işlərə görə Astara RPŞ-nin Dölət Yol Polisi Bölməsinin əməkdaşlarından razılıqlarını ifadə edirlər.

Cəlilabad rayonunun Zopun kənd sakini Pənah Ağayev öz təşəkkür məktubunda müraciətinin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Cəlilabad şəhər sakini Səid Muradov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması istiqamətində xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlığnı ifadə edir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Gülnar Comərdova oğurluq faktı ilə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətə operativ baxıldığına və qısa müddətdə həyata keçirilən tədbirlərə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Balakən rayon sakini İlkin Saramanov müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bir qrup Ağdam rayon sakini DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Yevlax rayonunda yaşayan Ağdam rayon sakini Osman Xəlilov DİN-ə ünvanladığı təşəkkür məktubunda Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında və cinayətkarlıqla mübarizədə peşəkarlıqla həyata keçirilən tədbirlərə görə Yevlax RPŞ-nin kollektivinə və DİN rədhbərliyinə minnətdarlığını bildirir.