Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.11.2024 - Vətəndaş Lətif Abdulbagiyev
Vətəndaş Lətif Abdulbagiyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında Nərimanov Rayon Polis İdarəsində ona göstərilən diqqətə və nəzakətli davranışlara görə DİN rəhbərliyi başda olmaqla RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
11.11.2024 - Bakı şəhər sakini Rufat Məmmədov
Bakı şəhər sakini Rufat Məmmədov məktubunda müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.11.2024 - Vətəndaş Vüqar Cəbiyev
Vətəndaş Vüqar Cəbiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
11.11.2024 - Vətəndaş Fərid Əhməd
Vətəndaş Fərid Əhməd məktubunda müraciətinə həssas yanaşılmasına, obyektivliyə, eyni zamanda, göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
11.11.2024 - Bakı şəhər sakini Əlimdar İsmayılov
Bakı şəhər sakini Əlimdar İsmayılov məktubunda özü və valideyninin üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.11.2024 - Naxçıvan şəhər sakini Xudaverdi Əliyev
Naxçıvan şəhər sakini Xudaverdi Əliyev məktubunda müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
11.11.2024 - Vətəndaş Sərxan Cəlalov
Vətəndaş Sərxan Cəlalov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.11.2024 - Vətəndaş Şəms Əlizadə
Vətəndaş Şəms Əlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.11.2024 - Vətəndaş Elnurə Hüseynova
Vətəndaş Elnurə Hüseynova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərilən operativliyə və obyektivliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.