Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.04.2023 - Sosial şəbəkə istifadəçisi Kənan Quliyev
Sosial şəbəkə istifadəçisi Kənan Quliyev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.
27.04.2023 - Bakı şəhər sakini Elnurə Aslanova
Bakı şəhər sakini Elnurə Aslanova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
27.04.2023 - Sumqayıt şəhər sakini Vladimir Daqarqulya
Sumqayıt şəhər sakini Vladimir Daqarqulya üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxsin saxlanılmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını ifadə edir.
27.04.2023 - Sosial şəbəkə istifadəçisi Zamin Mürsəlov
Sosial şəbəkə istifadəçisi Zamin Mürsəlov yollarda piyadaların, nəqliyyat vasitələrinin, ümumilikdə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunmasında göstərdikləri fədakar xidmətə görə Binəqədi RPİ Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü yazır.
27.04.2023 - Sumqayıt şəhər sakini Adıgözəl Abdullayev
Sumqayıt şəhər sakini Adıgözəl Abdullayev yoldaşının cibgirliyə məruz qalması ilə bağlı müraciət etdiyini və qısa zaman kəsiyində cinayətkarın saxlanılaraq onlara dəymiş maddi ziyanın ödətdirildiyini yazır. Buna görə Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
26.04.2023 - Şəki şəhər sakini Maral Xəlilova
Şəki şəhər sakini Maral Xəlilova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
26.04.2023 - Zaqatala rayon sakini Nigar Həbibzadə
Zaqatala rayon sakini Nigar Həbibzadə təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə Zaqatala RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
26.04.2023 - Sabirabad rayon sakini İntiqam Abdullayev
Sabirabad rayon sakini İntiqam Abdullayev Daxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə təşəkkür mesajı yazaraq yaşadığı Qalaqayın kəndi ərazisində yol nişanlarının quraşdırılması ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.04.2023 - Sosial şəbəkə izləyicisi Günay Hüseynova
Sosial şəbəkə izləyicisi Günay Hüseynova məktubunda müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv reaksiya verdiklərinə görə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü bildirir.