Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mingəçevir şəhər sakini Ruzigar Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdikləri müraciətin obyektiv araşdırılmasına görə ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Mingəçevir şəhər sakini Şölə Cavadova oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Vətəndaş Mehman İbişov təşəkkür məktubunda ona qarşı dələduzluq edən şəxsin məsuliyyətə cəlb olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Salyan rayon sakini Nail Rzayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus yük avtomobili ilə Bakı-Quba yolunda hərəkətdə olan zaman nəqliyyat vasitəsində texniki problemlər yarandığını və köməksiz vəziyyətdə qaldığını bildirir. Bu zaman həmin ərazidə 99YP751 d.q.n avtopatrulda xidmət aparan polis əməkdaşlarının ona yaxınlaşaraq zəruri köməklikləri göstərdiklərini qeyd edən N.Rzayev, yol polis əməkdaşlarına öz minnətdarlığını bildirir.

Neftçala rayon sakini Namiq Məlikov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə RPŞ-nin rəhbərliyinə minnətdarlıq edir.

 

 

 

Vetendasmovqeyi adlı sosial şəbəkə istifadəçisi

ayaz.109 adlı sosial şəbəkə istifadəçisi

Rauf Sultanov adlı sosial şəbəkə istifadəçisi

İmişli rayon sakini Lamiyə Abışova