Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.01.2025 - Vətəndaş Asif Umudov
Vətəndaş Asif Umudov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluqla bağlı ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.01.2025 - Sosial şəbəkə istifadəçisi Simarə Mustafayeva
Sosial şəbəkə istifadəçisi Simarə Mustafayeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.01.2025 - Şəki rayon sakini Bahəddin Süleymanov
Şəki rayon sakini Bahəddin Süleymanov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
07.01.2025 - Zaqatala rayon sakini Taleh Vəliyev
Zaqatala rayon sakini Taleh Vəliyev müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
07.01.2025 - İsmayıllı rayon sakini Fərahim Səmədov
İsmayıllı rayon sakini Fərahim Səmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə, İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
30.12.2024 - Vətəndaş Pərvin Abışova
Vətəndaş Pərvin Abışova qohumu ilə bağlı etdiyi müraciətin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
30.12.2024 - Bakı şəhər sakini Zeynəb Zülfüqarova
Bakı şəhər sakini Zeynəb Zülfüqarova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığını, Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.12.2024 - Bakı şəhər sakini Əhməd Allahverdiyev
Bakı şəhər sakini Əhməd Allahverdiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ərizə ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilib, mənə lazımi köməklik göstərildi. Buna görə də, DİN rəhbərliyinə və Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığımı bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.
30.12.2024 - Əcnəbi vətəndaş Leonardo Julio Chagas Souza
Əcnəbi vətəndaş Leonardo Julio Chagas Souza DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, itmiş əşyalarının qısa müddətdə tapılaraq özümə təhvil verildiyini qeyd edərək göstərilən köməkliyə görə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.